Ermənilər cəbhədə qumbaratan və minaatanları işə saldı

24.01.2015 - 10:03

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və
qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini
ümumilikdə 81 dəfə pozub.

Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Vazaşen, Paravakar
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində və
adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun
Hacıalılı, Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində və adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı,
Şıxlar, Qaraqaşlı, Şuraabad, Mərzili, Kəngərli, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin
Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri
atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15695

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930