İŞİD-in qoyduğu vaxt bitdi
tələb olunan 200 miliyon dollar ödənməsi üçün qoyduğu müddət başa çatıb.
ANS PRESS-in məlumatına görə, girovların taleyi haqqında hələlik bir
məlumat yoxdur. Cümə günü səhər girov götürülənlərdən birinin anası
Yaponiya hökumətindən oğlunun azad olunması üçün tələb olunan məbləğin
verilməsini istəyib.
İŞİD tərəfindən ötən günlərdə yayımlanan videoda göstərilir ki, onlara
72 saat ərzində 200 miliyon dollar verilməsə, saxlanılanlar öldürüləcək.
Ana bildirib ki, onun oğlunun İslam dininə münasibəti yaxşı olub və həyatını müharibə zonalarındakı uşaqlara həsr edib.
Yaponiyanın xarici işlər naziri Fumio Kişida deyib ki, Yaponya
girovların həyatını xilas etmək üçün əlindən gələni edir, amma
terrorizmə təslim olmayacaq.
Xatırladaq ki, Yaponya Suriya və İraqda terrorçulara qarşı birbaşa
mübarizə aparan koalisiyada iştirak etməyən ölkələr sırasındadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=15697