Son 24 saatda Türkiyədə 2483 nəfər COVID-19-a yoluxub

08.11.2020 - 10:24

Son 24 saat ərzində Türkiyədə 2483 nəfər COVID-19-a yoluxub. Bu müddət ərzində yeni növ koronavirusdan 81 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Artıq bir neçə gündür İstanbulun müxtəlif xəstəxanalarında görüşlər keçirən nazir ölkə üzrə ən çox yoluxma hallarının da məhz bu şəhərdə qeydə alındığını bildirib. Belə ki, Türkiyə üzrə ümumi COVID-19 xəstələrinin təxminən 40 faizi İstanbuldadır.

Ölkədə yoluxma hallarının artdığına diqqət çəkən nazir etibarlı peyvənd hazır olana qədər hər birimizin sosial məsafə qaydalarına riayət etməyimizin vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu gün 1928 nəfərin sağalması ilə Türkiyədə COVID-19-dan ümumi müalicə olunanların sayı 336 min 221 nəfərə çatıb

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156995

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30