Kəlbəcərli köçkünlər Gəncə İcra Hakimiyyətinə yürüşə hazırlaşır
Əmlak
Komitəsinin Gəncə şöbəsi ilə Elmar Vəliyevin torpaq davası haqda şok
məlumatlarGəncədə məskunlaşmış Kəlbəcərdən olan köçkünlər Şəhər İcra
Hakimiyyətinə yürüş etməyə hazırlaşır. Bu haqda “Yeni Müsavat”a daxil
olan məlumatda bildirlir ki, köçkünlər onlara verilən vədlərin yerinə
yetirilməməsindən və şərlənmələrindən narazıdırlar.
mətbuata ünvanladıqları müraciətdə hadisənin düzgün təqdim
edilməməsindən də gileyləniblər. Qeyd edirlər ki, əslində etiraz edənlər
söküntülərə məruz qalan ərazidə yaşayan, “Qaçqınkoma” rüşvət verməyən
və mənzil ala bilməyən kəsimin nümayəndələridirlər: “Sökülən mənzillər
Gəncənin tam kənarında, Göygöl rayonuna gedən yolun sağ və sol
cinahlarında yerləşən təqribən 500 hektar sahədə yerləşir.
bura şəhərin mərkəzi hissələrinə aid deyil, eyni zamanda da, bu ərazidə
heç bir strateji infrastruktur layihələri həyata keçirilməyib. İnsanlar
zəhmətlə pul toplayıb, müvafiq icra aparatından sərəncam alıblar.
Paralel olaraq, neçə ildir burda yaşayıblar, özlərinə sosial mühit
qurublar. Onların üzərinə qaz, su, işıq və digər kommunal xidmətlərə
görə ödəniş etmək öhdəliyi qoyulub. İllərdir sözügedən ərazidə sakinlər
bu öhdəlikləri yerinə yetiriblər. İndi nə oldu ki, bu ərazi İcra
Hakimiyyətinin yadına düşdü? Həm də Gəncədə torpaq islahatlarının
dayandığı və torpaq satmaq üçün qıtlığın müşahidə olunan bir dövrdə? Elə
isə nədən heç kim bu hadisədən az sonra Gəncənin digər bir yaşayış
massivində – “Farfor Zavod ətrafı” adlanan hissəsində Gəncə Şəhər İcra
Hakimiyyəti ilə Əmlak Komitəsinin yerli şöbəsi arasında narazılığın
olmasını və bu narazılığın ucbatından ərazinin Əmlak Komitəsi tərəfindən
hasara alınması, insanların ev tikə bilməməsi haqda bəhs etmədi? Yoxsa
icra başçısının müavini Naqif Həmzəyevin “mediadakı dostları” bunları da
görməzdən gəldi? Bu ərazilər Elmar Vəliyevin sərəncamı ilə satılıb və
Əmlak Komitəsinin balansındadır. Hazırda bu qurumla aralarındakı
sövdələşmə pozulub. Ona görə də İcra Hakimiyyəti vəziyyətin daha da
qəlizləşməməsi üçün Əmlak Komitəsinin yerli şöbəsi ilə danışıqlar
aparır”.
bu ərazilərin bir qismini Gəncənin icra başçısı Elmar Vəliyevin
təqdimatı ilə şəhərin Nizami rayonuna icra başçısı təyin etdirilən
Məharət Mustafayev satdırıb. Bu o Məharət Mustafayevdir ki, deyilənə
görə, icra başçısı olmamışdan əvvəl Elmar Vəliyevlə iş ortağı olub.
Gəncəbasar bölgəsində, o cümlədən Goranboy rayonunda avtomaşın
yağlarının satışı ilə məşğul olub və sonradan bu regionda “monopoliya”
yaradaraq ancaq özləri maşın yağlarının satışını təşkil ediblər. Hələ
icra başçısı olmamışdan öncə Elmar Vəliyev öz “qara büdcə”sini
formalaşdırmaq üçün Məharət Mustafayevin “məharətlərindən” istifadə
edib.
Mustafayevi də Gəncənin Nizami rayonuna ona görə icra başçısı təyin
etdirib ki, bu rayon ərazisində yerləşən mərkəzə yaxın bahalı torpaq
sahələrinin müxtəlif adamlara satışını təşkil etsin və bütün qanunsuz
əməllərini icra etdikdən sonra “günahlarını” M. Mustafayevin boynuna
yıxıb, sudan quru çıxsın. Belə də oldu! İndinin özündə də heç bir rəsmi
vəzifə tutmayıb, işsiz olmasına rəğmən, Məharət Mustafayev Elmar
Vəliyevin tapşırıqları ilə hərəkət edir, onun işlərini həyata keçirir.
Gəncədə yerli hakimiyyət nümayəndələrinin bir niyyəti var: “Torpaq sat,
pul qazan!” Harada görünüb ki, hətta qanunsuz tikili olsa belə, məhkəmə
qətnaməsi olmadan ev sökülsün? Harada görünüb ki, sənədsiz olduğu iddia
edilən evlər üçün infrastruktur formalaşdırılsın və vergi ödətdirilsin?
Harada görünüb ki, sənin dinc etiraz etmək istəyinin qarşılığında səni
möhkəmcə döysünlər və Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət
nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə
cinayət işi açalar? Sonra da ölkə mətbuatında bar-bar bağıralar ki, bizə
müqavimət göstərdin? Hazırda iki nəfər etirazçı həbsdədir. Onlarla
xəsarət alan etirazçılar isə öz evləri dağıdıldığından qohumlarının
evində müalicə olunur”.
salaq ki, ötən il dekabrın 10-da Gəncənin “Avtozavod” qəsəbəsi adlanan
ərazisində Nizami RİH-nin əməkdaşları ilə məcburi köçkünlər arasında
insident yaşandı. Həmin qəsəbədə məskunlaşmış Kəlbəcər rayonundan olan
köçkünlər etiraz əlaməti olaraq Gəncə-Göygöl avtomobil yolunu bağlamağa
cəhd göstəridilər. DİN-in yaydığı məlumata görə, cəhdin qarşısı
alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı, orada olan Nizami
Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət
alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15700