Sarkisyanı qara basır: ölmüş kapitandan məktub alıb
“Aydındır ki, Sərkisyan yenə dərsinə yaxşı hazırlaşmayıb. Çünki
ermənilərin köçü zamanı öldürülən erməni kapitanı, necə ola bilər ki, illər
sonra ABŞ-da öz xatirələrini yazıb?” Bu açıqlama ilə Türkiyənin “Star” qəzetinin yazarı Cəmil Koçak
çıxış edib.
Köşə yazarı Sərkisyanın Çanaqqala zəfərinin 100-cü ildönümündə iştirakdan
imtina etməsinin gerçək səbəblərini açıqlayıb: “Sərkisyan Ərdoğanın dəvətindən imtina etdi, amma bizim mediada bunun
detallarına yer verilmədi. Lakin “The Armenian Weekly” saytı Sərkisyanın
dəvətdən imtina etməsinin əsil səbəbini açıqlayıb. Saytda yer alan xəbərə görə,
Sərkisyan Ərdoğana ünvanladığı cavab məktubunda məşhur erməni kapitanı Sərkis
Torosyandan söz açıb. O bildirib ki, Torosyan da Çanaqqaladakı şücaətinə görə
medal alıb, lakin digər ermənilər kimi o da öldürülüb. Bəli, səhv oxumadınız,
öldürülüb! Aydındır ki, Sərkisyan yenə dərsinə yaxşı hazırlaşmayıb. Çünki
ermənilərin köçü zamanı öldürülən erməni kapitanı necə ola bilər ki, illər
sonra ABŞ-da öz xatirələrini yazıb?! Belə yazdım, çünki diplomatik yazışmalarda
nəzakətli olmaq lazımdır! Yoxsa “Sərkisyan Sərkis Torosyanın xatirələrinin
saxta olduğunu etiraf etdi” deyə başlıq qoyardım”.
Qeyd edək ki, erməni əsilli Osmanlı kapitanı Sərkis Torosyan Çanaqqala
döyüşündə şücaətinə görə medalla mükafatlandırılıb. Lakin ailəsi 1915-ci il
hadisələri zamanı öldüyü üçün Torosyan mövqeyini dəyişib və Osmanlıya qarşı
mübarizə aparıb. O, ABŞ-a
köçüb və orada ölüb.(axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15702