Eldar Mahmudov: Hər bir vəziyyətə hazır olmalıyıq

24.01.2015 - 13:45

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış
humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün
hələ çox işləmək lazımdır.
Oxu.Az xəbər verir
ki, bu barədə Azərbaycanın milli təhlükəsizlik naziri, Azərbaycanın Əsir
və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının sədri Eldar Mahmudov adı çəkilən qurumun iclasında
bildirib.
E.Mahmudovun sözlərinə görə, Ermənistanın təxribatı yalnız qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla bitmir.
“Terrorçuluğu
və təcavüzkar separatçılığı dövlət siyasətinin əsas xəttinə çevirmiş
Ermənistan, eyni zamanda, dinc insanlara qarşı da təxribat siyasəti
yeritməkdə davam edir”.
E.Mahmudov Kəlbəcər girovlarından da danışıb:
“2014-cü
ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə
Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş
Kəlbəcər rayonunun ərazisinə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev
işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov
isə qətlə yetirilib. Hadisənin baş verdiyi andan Ermənistan bu məsələyə
qeyri-humanitar mövqedən yanaşıb və tamamilə aidiyyəti olmayan müxtəlif
uydurma məlumatlar yayıb.
Ökə rəhbərinin daim
diqqətində olan girovlarla bağlı məsələ üzrə Azərbaycanın müvafiq
beynəlxalq təşkilatlar qarşısında vaxtında və əsaslandırılmış tələblər
qaldırıb. Lakin bütün səylərə baxmayaraq, qarşı tərəfin tutduğu
qeyri-konstruktiv mövqeyə görə girovların azad edilməsi mümkün olmayıb.
Həsən Həsənovun meyitinin qaytarılması prosesi isə üç ay uzanıb”.
E.Mahmudov bəyan edib ki, işğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejim vasitəsi ilə məhkəmə şousu təşkil edilib.
“Təbii
ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış və
beynəlxalq hüququn subyekti olmayan qəsbkar rejimin nə özünün, nə də
məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət
qəbuledilməzdir. Bu, Ermənistanın müharibə qurbanlarını siyasi təzyiq
vasitəsinə çevirmək cəhdinin növbəti nümunəsidir”.
MTN
rəhbəri vurğulayıb ki, təcavüz nəticəsində yaranmış humanitar problemin
həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işlər
görülməlidir.
“Müharibə qurbanı kateqoriyasına
aid edilən əsir-girov və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul
olan Komissiya hər bir vəziyyətə hazır olmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15703

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930