Nazirlik: 50 minik avtomobili əlilliyi olan şəxslərə təqdim edilib

09.11.2020 - 14:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 minik avtomobili Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bildirib ki, Ordumuzun bu haqq savaşında bir-birinin ardınca tarixi zəfərlər əldə etdiyi, ərazilərimizin Ermənistanın işğalından azad edildiyi bu günlərdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam etdirilir.

Bildirilib ki, Prezident İlham Əliyevin həssas əhali qruplarına, müharibə əlillərinə xüsusi qayısı nəticəsində bu tədbirlər ildən-ilə geniş vüsət alır: “Bu il imtiyazlı şəxslərə 400 avtomobil verilməsi nəzərdə tutulub ki, onlardan böyük hissəsi artıq verilib, qalanları da ilin sonuna qədər veriləcək. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib.

Həmçinin, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla, azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır, onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə ötən dövrdə 8318 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157056

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031