MN: “Ermənilər özləri öz əsgərlərini güllələyib”
“Cəbhədə
baş verən gərginlik Ermənistan Silahlı Qüvvələrini özbaşına tərk edən
hərbi qulluqçuların sayının artmasına səbəb olub”.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna
cavab olaraq bildirilib. Qeyd olunub ki, əldə olunan son məlumatlara
əsasən işğal olunmuş ərazilərdə yerləşən erməni bölmələrindən birinin
əsgəri Ermənistandan hərbi xidmətə çağırılmış Nikolay Martirosyan digər
hərbi qulluqçular tərəfindən məruz qaldığı təhqirlərə və zorakılığa
dözməyərək qollarının damarlarını kəsərək həyatına qəsd edib: “Digər bir
fakt isə xidmətin çətinliyinə dözməyən əsgər Vahan Şahanyanın həyatına
qəsd etmək məqsədilə özünü hündür qayadan atması olub.
sağ qalsa da, ağır kəllə-beyin və aşağı ətrafın ikitərəfli sınığı
diaqnozu ilə alayın tibb məntəqəsinə yerləşdirilib. Əldə olunan başqa
bir məlumata görə isə hərbi hissədəki acınacaqlı vəziyyətə dözməyərək,
qoşunların təmas xəttini keçməyə cəhd göstərən 2014-cü ilin birinci
çağırışında hərbi xidmətə gəlmiş erməni əsgərinin öz xidmət yoldaşları
tərəfindən arxadan atəş açılaraq öldürülməsi və dayaq məntəqəsində onun
meyitinin tələm-tələsik basdırılmasıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15710