Şad xəbər: tikinti materialları sürətlə ucuzlaşır
edir. Axar.az xəbər verir ki, Rusiyada rublun dəyərdən düşməsi bu ölkədə
Azərbaycana gətirilən tikinti materiallarının kəskin ucuzlaşması ilə
sonuclanıb.
Regional TV-nin məlumatına görə, Xaçmazda son bir neçə gün ərzində
taxtanın qiyməti 20 faiz aşağı düşüb. Satıcılar qiymətlərin
ucuzlaşmasını Rusiya Federasiyasında rublun məzənnəsinin enməsi ilə
əlaqələndirilir. Belə ki, bir neçə gün öncə 240-220 manat arası olan
taxtanın 1 kubu hazırda 175 manata təklif olunur.
Bazarda dam örüklərinin də qiymətində 5-6 faiz enmə müşahidə olunur. Bir
müddət öncə armaturun 1 metrəsi 60-90 qəpiyə təklif olunurdusa, indi bu
göstərici 55-75 qəpikdir. Amma buna baxmayaraq, yerli materialların
qiymətində dəyişiklik yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=15716