Zaxarova: “Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusunu alması üçün Azərbaycanla sıx təmasdayıq”

13.11.2020 - 15:27

“Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusunu alması məsələsi üzərində Hərəkatın hazırkı sədri Azərbaycanla sıx təmasda işləyirik”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, son illər Rusiyanın Qoşulmama Hərəkatı ilə olduqca sıx təmasları yaranıb: “Buna hər şeydən öncə Rusiyanın və Qoşulmama Hərəkatına üzv dövlətlərin beynəlxalq gündəmdə duran məsələlərlə bağlı yanaşmalarının yaxınlığı və üst-üstə düşməsi yardım edib. Bu fonda Rusiyanın statusunun yüksəldilməsi məntiqi təşəbbüs kimi təqdim olunur və onun həyata keçirilməsinin Hərəkatın nizamnamə sənədlərində nəzərdə tutulmuş bir sıra təşkilati və prosedur tələblərinin yerinə yetirilməsi ilə əlaqəli olduğu aydındır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=157193

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728