Təmas xəttini keçmək istəyən erməni əsgərini özününkülər öldürdü
“Cəbhədə baş verən gərginlik Ermənistan Silahlı Qüvvələrini
özbaşına tərk edən hərbi qulluqçuların sayının artmasına səbəb olub”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, əldə olunan son məlumatlara əsasən işğal olunmuş
ərazilərdə yerləşən erməni bölmələrindən birinin əsgəri – Ermənistandan
hərbi xidmətə çağırılmış Nikolay Martirosyan digər hərbi qulluqçular
tərəfindən məruz qaldığı təhqirlərə və zorakılığa dözməyərək qollarının
damarlarını kəsərək həyatına qəsd edib: “Digər bir fakt isə xidmətin
çətinliyinə dözməyən əsgər Vahan Şahanyanın həyatına qəsd etmək
məqsədilə özünü hündür qayadan atması olub. Əsgər sağ qalsa da ağır
kəllə-beyin və aşağı ətrafın ikitərəfli sınığı diaqnozu ilə alayın tibb
məntəqəsinə yerləşdirilib. Əldə olunan başqa bir məlumata görə isə hərbi
hissədəki acınacaqlı vəziyyətə dözməyərək qoşunların təmas xəttini
keçməyə cəhd göstərən 2014-cü ilin birinci çağırışında hərbi xidmətə
gəlmiş erməni əsgərinin öz xidmət yoldaşları tərəfindən arxadan atəş
açılaraq öldürülməsi və dayaq məntəqəsində onun meyitinin tələm-tələsik
basdırılmasıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15720