İsa Sadıqovdan erməni xalqına şok müraciət…
hazırda mühacirətdə olan sabiq müavini İsa Sadıqov Rusiyanın Gümridəki
hərbi bazasının əsgərinin törətdiyi amansız qətldən sonra Ermənistandakı
situasiyadan çıxış edərək erməni xalqına olduqca diqqətçəkən müraciətdə bulunaraq Rusiyanın məkrli
siyasətinə boyun əyməyin təkcə onlara deyil, hər üç Cənubi Qafqaz
ölkəsinə fəlakətlər və məhrumiyyətlər gətirəcəyini xatırladıb:
mövcud şərhləri qəbul edirəm. Lakin çöx istərdim bildirim ki, erməni
tərəfi anlamalıdır ki, Rusiya hərbi bazasının Ermənistan ərazisində
yerləşməsi dinc əhalinin təhlükəsizliyini şübhə altına alır və baş
vermiş hadisənin bir daha təkrarlanmayacağına, regionda münaqişələrin
olmayacağına dair qarant verilməyəcək. Artıq 100 ildir ki, bu cür
konfliktlər və qarşıdurmalar baş verməkdədir. Bu qarşıdurma və
münaqişələrdə isə nəinki ermənilər, hətta bütün region əziyyət çəkir. Bu
kimə sərf edir? Ermənilər Rusiyanın köməyi ilə bizim torpaqlarımızı
işğal etməklə nə əldə etdi? Məgər yaxşı yaşadılar? Onların uşaqları daha
ölmədilər? Yox, əlbəttə, bütün bunların baiskarları sadəcə tək
ermənilərin deyil, bütün Qafqazda yaşayanların vəziyyətini pisləşdirməyə
müvəffəq oldular. Biz qonşu ölkələrik və qonşu olaraq da qalacağıq.
Çünki nə ermənilər, nə də biz başqa yerə köçüb getmək niyyətində
deyilik. Bu gün faktlar göz qabağındadırsa, bütün ağrılar, müharibələr,
münaqişələrin Rusiyanın marağında olduğunu biliriksə, nə üçün onların
hərbi bazasının Qafqazda yerləşməsinə etiraz etməməliyik? Nə qədər insan
həlak olub və belə getsə nə qədər insan həyatını itirə bilər? Yəni
qonşu olduğumuz halda biz vasitəçi olmadan ümumi dil tapmağımız bu
qədərmi çətindir?
Rusiya kimi qaniçən, kirli, qəddar və tamahkar bir dövlətlə müqayisədə
daha çoxdur. Axı biz yaşamağı öyrənməliyik və gələcək nəsil üçün də
nəyisə qoyub getməliyik. Əks halda biz Rusiyanı sevindirmək üçün
bir-birimizi didməliyik. Siz ermənilər anlamalısınız ki, Azərbaycan heç
zaman torpaqlarının işğalı ilə barışmayacaq və siz ona görə də
Azərbaycan torpaqlarını işğal altında uzun müddət saxlaya
bilməyəcəksiniz. Bu isə nəticə etibarilə qan tökülməsinə və növbəti
müharibəyə gətirib çıxaracaq. Biz müharibədən qorxmuruq, sadəcə
müharibəni arzulamırıq. Amma torpaqlarımızı geri qaytarmayıncaya qədər,
müharibədən imtina da etməyəcəyik. Istəyirik ki, siz nəhayət ki, bunu
anlayasınız və dərk edəsiniz. Özünüzdəki səhvi görüb, onu qəbul
edəsiniz. Masa arxasına oturub, danışıqlar apararaq, nəhayət ki, heç kəs
tərəfindən həll olunmayan bu məsələni həll edəsiniz. Mən keçmiş hərbçi
kimi əminliklə deyə bilərəm ki, hər bir məsələnin həlli mövcuddur. Lakin
bunun üçün həmin şəxsdə iradə və istək olmalıdır. Qarabağ Azərbaycanın
tərkibində həmişə olduğu kimi olarsa, tez bir zamanda çiçəklənən və
stabil olacaq, sakinlər isə milli mənsubiyyətindən asılı olmayaraq
yaşayacaq, işləyəcək və yeni nəsli yetişdirməklə məşqul olacaqdır. Bu
isə ermənilər və ümumilikdə bütün Ermənistanın xeyrinə olacaq. Biz üç
Qafqaz ölkəsi-Azərbaycan, Ermənistan və Gürcüstan daha yaxşı yaşamaq
imkanına malikik və biz bunu etməliyik. Bizim regionda nəyimiz yoxdur
axı? Hər şey var, sadəcə istəkdən və sülhdən başqa. Çünki regiondakı
sülhdən və çiçəklənmədən Rusiya qorxur. Bu gün çox sayda erməni və
azərbaycanlı Avropada, Amerikada yaşayır. Olmazmı biz regionda da
onların orada yaşadıqları kimi yaşayaq? Yəni bizim xalqlarımız o cür
həyat tərzini yaşamağa layiq deyillər? Nə qədər insan təlafatı olacaq?
Nə qədər bir-birimizi öldürəcəyik? Müharibə nə qədər davam edəcək? Cavab
birdir. Rusiya nə qədər ki, regionda təsirə malikdir və Ermənistan
ərazisində hərbi bazaya malik olduğu sürədə bu mövcud vəziyyətin
qarşısını almaq mümkün olmayacaq. Mən əminəm ki, Ermənistanda vəziyyəti
həqiqətən də real qiymətləndirən və dərk edən insanlar var. Həmin
insanlar regionda baş verənlərin fərqindədirlər və regiondakı müharibə
və konfliktlərin müəllifinin kim olduğunu yaxşı bilirlər. Ona görə də
gəlin birlikdə bütün münaqişələrə son qoyaq. Bizim Qafqaz
adət-ənənələrimiz bunu etməyə icazə verir. Biz qonşu olmuşuq və qonşu
olaraq hələ uzun müddət bir yerdə yaşayacağıq. Amma bizim qonşuluğumuz
Qafqaz adət-ənələrinə uyğun olmalıdır. Biz mütləq sürətdə Avropa
ünsiyyət formasına yiyələnməliyik. O zaman bütün problemlərin həlli
yollarını tapa biləcəyik. Axı ərazi iddiaları, qarşıdurmalar Avropa
ölkələri arasında da var. Amma onlar bir- birləri ilə müharibə dilində
danışmır və həmin problemləri sülh yolu ilə həll etməyə çalışırlar. Biz
hər şeyin başladığı nöqtəyə qayıtsaq, sülh də olacaq. Ən əsası isə biz
bunu vasitəçisiz etməliyik. Biz ümumi dil tapacağıq, çünki biz
qonşuyuq.” (moderator.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15724