Günün videosu: Yekə-yekə danışmağın sonunda xırda-xırda hıçqırmaq…

14.11.2020 - 16:23
İnsan gərək heç vaxt başından böyük danışmasın, heç kimə hədə-qorxu gəlməsin. Sonra çarx dönür, adam özü ağlar gündə, kənardan baxanlar üçün isə gülünc vəziyyətdə qalır.
Bu cür işlərin ən ibrətamizi Zakaryanın başına gəlib.
Aşağıda baxdığınız video iki hissədən ibarətdir. Birinci hissədə Aşot Zakaryan adlı şəxs 2016-cı ilin aprel ayında Füzuli rayonunda yol lövhələrinin önündə durub yekə-yekə danışır, deyir, Füzuli və Ağdam bizimdir, əgər dinc durmasanız, yəni müharibə etmək istəsəniz, gəlib Bakını da alacağıq.
Videonun ikinci hissəsində isə Aşot bütün soydaşları kimi gözü yaşlıdır, 44 günlük müharibədə darmadağın edilən “yenilməz ordu”larının qalıqları Kəlbəcərdən və başqa işğal olunmuş rayonlardan çıxır, odur ki, bunun Kəlbəcərdə inşa etdiyi restoran artıq həm müştərisiz, həm də sahibsiz qalacaq. Ona görə də 4 il əvvəl yekə-yekə danışan Zakaryan xırda-xırda hıçqıraraq ağlayır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157244

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930