Putini bitirəcək sensasion səs yazısı
ölümündən əvvəl lentə alınan səs yazında Vladimir Putin haqqında
sensasion açıqlamalar verib. Avropa.info xəbər
verir ki, Londonda 2006-cı ildə radioaktiv maddə ilə zəhərlənərək
öldürülən DTK əməkdaşı Aleksandr Litvinenkonun ölümündən bir il əvvəl
yazdırdığı səs yazısı ortaya çıxdı.
Rusiya lideri Vladimir Putin ilə beynəlxalq cinayətkarlar qruplar
arasında yaxın münasibətlərin olduğundan bəhs edilir. İngiltərənin
“Teleqraf” qəzetinin ələ keçirdiyi səs yazısında Litvinenko
Putinin ən çox axtarılanlar siyahısında olan ukraynalı mafiya atası
Semyon Mogilevic ilə yaxın dost olduğunu bildirir. Litvinenko
həmçinin, italiyalı siyasətçilər ilə Sovet kəşfiyyat agentlikləri
arasında olan əlaqələri araşdıran bir komissiya üçün çalışdığını və bu
komissiyanın işinin rus rəsmilərini çox həyəcanlandırdığını da deyir.
edək ki, öləndə 43 yaşı olan Litvinenko uzun müddət DTK-da xidmət
etdikdən sonra, 2000-ci ildə İngiltərəyə pənah gətirmişdi. Keçmiş
agentin 2006-cı ilin Noyabr ayında Londondakı bir hoteldə polonium-210
maddəsi ilə zəhərlənərək öldürülüb . Litvinenkonun ailəsi və yaxınları
keçmiş agentin Rusiya tərəfindən təşkil edilən sui-qəsdlə öldürüldüyünü
bildirir.
Lugovoy və Dmitri Kovtunun Litvinenkonun ölümündə iştirak etdiyi barədə
iddialar var. Ancaq hər iki şübhəli də iddiaları rədd edir.
İngiltərənin onları Londonda keçirilən məhkəməyə dəvət etməsinə
baxmayaraq, Moskva keçmiş DTK əməkdaşlarını məhkəməyə göndərmir. Həmçinin
Amerika Milli Təhlükəsizlik Agentliyi (NASA) Litvinenkonun ölümünü
birbaşa Kremlə bağlayan yeni dəlillər əldə etdiyini açıqlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15725