“Qız Qalası. Qadın Olmaq – Qadınlar Sülh uğrunda” festivalına start verilib – Fotolar

17.11.2020 - 11:03

Noyabrın 16-da Bakıda “Qız Qalası. Qadın Olmaq – Qadınlar Sülh uğrunda” adlı Beynəlxalq Müasir İncəsənət Festivalına start verilib.

Musavat.com bildirir ki, bununla bağlı mətbuat konfransı keçirilib. Konfransda Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dainis Garançs iştirak edib. Səfir keçirilən festival haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, festival Latviyanın Azərbaycandakı Səfirliyi və Avropa Ittifaqının Nümayəndəliyi ilə birgə əməkdaşlığı ilə 16-24 noyabr tarixlərində həyata keçirilir. Həmçinin qeyd edib ki, festival qadınların sülh üçün qərar qəbul etmə proseslərində ədalətli şəkildə təmsil olunmalarını vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadinlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı qətnaməsinə həsr edilib:

“Festivalın əsas mövzusu “Qadınlar Sülh uğrunda”dır. Festival beynəlxalq ekspertləri bir araya gətirəcək və onlara “Covid-19” pandemiyası dövrü və eləcə də müharibələrin təsirlərinin qadınların həyatında məişət zorakılığının müasir incəsənət vasitəsi ilə aradan qaldırılması üzrə təcrübələrini bölüşməyə şərait yaradacaq.

Layihə proqramına müasir incəsənət kontekstində müxtəlif səpkili sərgilər, konsertlər, konfranslar, təqdimatlar və film nümayişləri daxildir. Bu elementlərin hər biri incəsənət və mədəniyyət vasitəsi ilə sosial integrasiyanın təbliğatı və gücləndirilməsi üçün yeni strategiyada bir özül kimi qəbul edilə bilər”.

Tədbirdə qeyd edilib ki, festivalın adı Bakının əsas görməli yeri və simvolu hesab edilən, haqqında çoxlu əfsanələr və sirlər dolaşan Qız Qalasının adından götürülüb. Adın mənası ilə bağlı daha çox irəli sürülən fikir onun “Qız” sözü ilə əlaqədardır ki, bu da qadınlar mövzusunda bakirə – “Virqo” qalası mənasını daşıyır. Mövzunun konteksti müxtəlif hekayələrlə əhatələnsə də, əsas və aparıcı mövzu kişilər tərəfindən qadınlara qarşı göstərilən mənəvi və fiziki zorakılıq və bu səbəbdən qadınların yaşadığı faciələrdir.

Qeyd edək ki, Latviya səfirliyi bu layihəyə Avropa İttifaqının Bakıdakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqla və Belçika, Çex Respublikası, Estoniya, Macarıstan, Litva, Rumıniya, Slovakiya, İsveç səfirlikləri, eləcə də, Norveçin Ankaradakı səfirliyi və Azərbaycanın aparıcı incəsənət və mədəniyyət təşkilatları və qurumları ilə birgə tərəfdaşlıqla rəhbərlik edir.

Festivalın iştirakçıları Azərbaycan və Latviyadan, eləcə də, Avstriya, Belçika, Çex Respublikası, Estoniya, Almaniya, Macarıstan, Norveç, Rumıniya, Slovakiya, İsveçdən olan film direktorları, muzey mütəxəssisləri, ədiblər, kuratorlar və incəsənət sahəsindəki tənqidçilər, rəssamlar və incəsənət fəallarından ibarətdir.

Xatırladaq ki, “Qız Qalası. Qadın olmaq” Beynəlxalq Müasir İncəsənət Festivalına ilk dəfə 2009-cu ildə Bakıda Əməkdar İncəsənət xadimi Səbinə Şıxlinskaya tərəfindən təşəbbüs göstərilmişdir. Bu Azərbaycanda müasir incəsənət vasitəsilə gender bərabərliyi mövzusunda ilk birgə təqdimat işi idi. Bir il sonra isə, yəni 2010-cu ildə “Qadın Olmaq” adlı eyni mövzu “İstanbul-Avropa Mədəniyyətinin Paytaxtı 2010” çərçivəsində “Openly” sərgi layihəsində təqdim olunub. Festival sonuncu dəfə keçən il 2019-cu ildə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyin dəstəyi ilə təşkil keçirilmişdi.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157347

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930