Vəkil Aslan İsmayılov ön cəbhədə olan zabit-jurnalisti məhkəməyə verib

17.11.2020 - 15:21

Vəkil Aslan İsmayılov  AzNews.az informasiya portalının baş redaktoru Taleh Şahsuvarlını məhkəməyə verib.

Bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı sosial şəbəkədə məlumat paylaşaraq, həmkarımızın müdafiəsi üçün jurnalistlərə müraciət edib.

N.Orduxanlı yazıb:  “Dəyərli jurnalistlərə müraciət edirəm: 27 sentyabrdan bu günə kimi həmkarınız, zabit Taleh Şahsuvarlı vətən müharibəsindədir. Ön cəbhədə savaşdadır. Bu gün onu Aslan İsmayılov yenə məhkəməyə verib. Səbəb də Amerikada yaşayan erməni diasporasına rəhbərlik edən Kristina Paşuanın olmasıdır. Bu qadın Cənubi Kaliforniya Unversitetindəki Erməni Tələbə Assossiyasına rəhbərlik edib. Bir müddət sonra Gürcüstanda “Yeni Liderlər Təşəbbüsü” adlı layihə həyata keçirdib. Layihə zamanı Aslanın da oğlu onunla birgə olub. Taleh bir sayt redaktoru kimi həmin faktı saytında yayıb”.

BAXCP sədrinin müavini daha sonra jurnalistləri T.Şahsuvarlını müdafiə etməyə çağırıb və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova da müraciət ünvanlayıb: “Çox hörmətli Əflatun Amaşov, bu gün Vətən Müharibəsində olan yeganə baş redaktor Taleh Şahsuvarlı ilə bağlı baş verən bu hadisəyə Mətbuat Şurası öz münasibətini bildirməlidir!”

Short URL: http://www.cumhuriyyet.net/?p=157359

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728