Ərdoğandan Gülən məktəblərinə şok zərbə

26.01.2015 - 00:56

Ərdoğanın xarici ölkələrdə Gülən camaatına aid məktəblərə qarşı başlatdığı mübarizənin detalları məlum olub. Avropa.info
xəbər verir ki, Ərdoğan Gülən camaatının məktəblərinin yerinə açılacaq
Türk məktəblərinin iş prinsipinə aydınlıq gətirib. Belə ki, xarici ölkələrdəki “camaat” məktəblərinin yerinə Türkiyənin təhsil nazirliyinə bağlı olan türk məktəbləri açılacaq.
İlkin
olaraq xarici ölkələrdə açılacaq məktəbləri idarə etmək məqsədilə
Türkiyədə bir agentlik qurulacaq. Agentliyin idarə heyəti və əməkdaşları
hökumət tərəfindən müəyyənləşdiriləcək. Türkiyənin nazirlər kabineti sabahkı iclasında görüləcək işlər haqqında son qərarı verəcək. Agentlik
qurulduqdan sonrə xarici ölkələrdə hazırda fəaliyyət göstərən məktəblər
agentliyin balansına veriləcək. Agentlik Gülən camaatı başda olmaqla
xarici ölkələrdə məktəblər, yataqxanalar açacaq və onları idarə edəcək.
Bundan
başqa agentlik xarici ölkələrdə tələbələrə maaş verəcək, təhsil üçün
Türkiyəyə tələbələr gətirəcək, Türkiyədən xarici ölkələrə tələbə apara
biləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=15740

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728