Ermənilər necə girov düşdü?
Ən maraqlısı bilirsiniz indi nə olardı? Rusiya ekspertləri də həmin
məktubu müzakirəyə çıxarsın və Vaşinqtonu günahkar elan etsin. Bununla
da olsun əsl absurd teatrı…
Əslində burada vidalaşmaq istəyirdim. Amma Rusiya deyən kimi, onun
qeyri-rəsmi ərazi bütövlüyünün tərkib hissəsi olan Ermənistanı, daha
doğrusu Gümrüdə baş verən faciəyə Rusiya prezidentinin gecikmiş
reaksiyasını xatırladım. Elə bir həftə əvvəl bu studiyadaca demişdik ki,
Putin müraciət etsə gümrülülər, ümumiyyətlə bütün Ermənistan
sakitləşəcək. Belə də oldu. Putin danışdı. Amma Putin bir həftə susmaqla
Ermənistana yerini göstərdi. Yəni növbəni gözlə ya… Buranın sahibi
mənəm, elə söz sahibi də. Hələ ki, susuram. Çünki daha ciddi işlərim var
dedi. Dedi ki, Petropavovska qar təmizləyən maşınlar göndərilməsi ilə
bağlı hesabat var növbədə. Barvixada tikintisi planlaşdırılan yeni
xəstəxana üçün eksklüziv san-uzelləri şəxsən bəyənməliyəm, xizəyimin
sıradan çıxmış remeninə deşik açmalıyam və yalnız bu vacib işlərdən
sonra Ermənistan mövzusuna dönməliyəm. Gözləməyib neyləcəyəkdilər ki,
gözlədilər əlbəttə. Necə deyərlər sualtı gəmidən hara qaçacaqsınız.
Gözlə deyirlər gözlə. Qısası Rusiya danışdı, ermənilər susdu… Amma
Rusiya da ikibaşlı danışdı. Lap bayrağının qartalı kimi. Moskvada
keçirdiyi mətbuat konfransında xarici işlər naziri Lavrov nədənsə
birdən-birə Rusiyanın erməni girovluğunda olan azərbaycanlı vətəndaşını
xatırlatdı. Bildirdi ki, onun taleyi ilə məşğuluq. Danışıqlar aparırıq.
Bu sizcə eyham deyildi? Baxın aaaa… Siz bizdən qatil tələb edirsiniz…
Biz də sizdən öz vətəndaşımızı tələb edə bilərik.
Dilqəm və Şahbazı nəzərdə tutmuram. Ümumiyyətlə girov olmaq, lap elə
Ermənistanın özü kimi girov olmaq çox piş şeydir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15741