ŞOK: prezidentin saçı 25 min dollara satıldı

26.01.2015 - 02:02

 

Sabiq ABŞ prezidenti Abraham
Lincolna məxsus əşyalar Dallas şəhərində keçirilən hərracda $800 000-dan
çox pul gətirib (625 000 AZN). Qətlə yetirilmiş prezidentin
saçları $25 000-ə satılıb, amma Vətəndaş Müharibəsinin uğursuz getdiyini
qeyd edən məktubu satılmayıb. Onu qətlə yetirən John Wilkes Booth
tərəfindən imzalanan məktub $30 000-a, Booth-un həbsinə göstəriş
vəsiqəsi isə $21 250-a satılıb.

300 əşyadan ibarət kolleksiyanı
Texas ştatında qalereya sahibi olan Donald Dow 1963-cü ildə başlamışdı.
O, beş il bundan əvvəl ölüb. Onun oğlu Greg deyib ki, “digər kolleksionerlərin [əşyalara] malik olmağın” vaxtı gəlib. Dallas şəhərində yerləşən Heritage Auctions hərrac şirkətindən Don
Ackerman Associated Press xəbər agentliyinə Booth-un məktubunun nəyə
görə daha baha qiymətə satıldığını izah edib: “Booth-un törətdiyi
qəddarlıq xalqda o qədər nifrət oyatmışdı ki, onun bütün məktubları,
imzaları və onun adı çəkilən bütün sənədlər Lincolnun ölümündən sonra
məhv edilib. Beləliklə 150 il sonra qalan hər hansı [sənəd] həddən artıq
nadir və qiymətlidir”.

$803 889-lıq məbləğ gözlənilən məbləğdən ikiqat yüksək idi, Heritage Auctions-dan Eric Bradley deyib. Saçları cərrah General Joseph Barnes 1865-ci il aprelin 14-də, Lincoln qətlə yetiriləndən az sonra kəsmişdi.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15744

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728