ABŞ-da nüvə həyacanı

26.01.2015 - 03:25

Nüvə müharibəsi təhlükəsi amerikalı daşınmaz əmlak satışı
agentlərinə böyük pullar qazandırır. Nyu-Meksikada “bunker-mənzillər”in
qiyməti 250 min dollara başa gəlir. ABŞ-da nüvə müharibəsi qorxusu
insanları “bunker-mənzillər” almağa sövq edir. Alman nəşrinin yazdığına
görə, riyelterlər yeraltı raket şaxtalarını, atılmış bunkerləri,
bombadan sığınacaqları yaşayış yeri kimi varlı amerikalılara təklif
edirlər.

Soyuq müharibənin nəticələrindən qorxan çoxsaylı amerikalılar
təklif olunan “bunker-mənzillərə” daha çox maraq göstərməyə başlayıblar.
Mütəxəssislər düşünürlər ki, bu cür yeraltı sığınacaqlar nüvə
partlayışlarına tab gətirmək iqtidarındadır. Təklif olunan raket şaxtaları bir vaxtlar kosmik tədqiqatlar, atom
sınaqları üçün istifadə edilirmiş. Indi isə bu yerlər əvvəlki təyinatını
itirib. Cəmi 250 min dollar xərc çəkməklə indi nüvə müharibəsi
təhlükəsindən qorunmaq olar. Yaxınlıqda, elə şaxtanın daxilində UNO
muzeyi və McDolanlds restoranı var.
Xarici mətbuatın yazdığına görə, amerika cəmiyyətində dünyanın nüvə
sonluğundan qorxanların sayı çoxdur və bunlar, əsasən, varlılardır. Ona
görə də bu cür “bunker-mənzillər”ə tələbat artıb. Artıq belə “bunker-mənzillər” alınır. “Sağ qalmaq üçün
apartment” adlanan bunkerdə basseyn, kinoteatr, solyariy, tir var.
Qapıları biometrik qıfıllarla bağlanır, kimyəvi silah hücumundan
qorunmaq üçün əla yerdir. Satış agentləri yeni “mənzilləri” belə təsvir
edirlər. Bir şaxtada 12 “mənzil” artıq satılıb. Orada 70 adamın
rahat yaşaya biləcəyi şərait var. Belə komplekslərin minimal qiyməti 3
milyon dollardır.(analitik.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=15746

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930