Binəqədi sakinləri Binəqədi şossesini bağlamağa hazırlaşırlar

26.01.2015 - 10:49

Binəqədi şossesi, “White Palace” –ın arxasındakı qəsəbəni su basdı, evlər çirkab suların altında qaldı
Binəqədi rayonu, Binəqədi şossesi daxil olmaqla, ətraf yaşayış
qəsəbələri bir neçə ildir ki, qış aylarını subasmaları ilə çıxarır. Yay
aylarında dəfələrlə bu problemin aradan qaldırılması məqsədilə müəyyən
tədbirlərin həyata keçirildiyini israr edən Binəqədi rayon İcra
Hakimiyyəti, həmçinin Binəqədi bələdiyyəsi dövlət tərəfindən rayona
ayrılan vəsaitləri düzgün dəyərləndirməyərək, havaya sorur.
Biləcəri və Binəqədi rayonunun şəxsi mülklər salınan qəsəbələri
şəkillərdən də göründüyü kimi su altında qalıb, evlərdən gediş-gəliş
çəkilib, evlərin altına dolan çirkab suları yeni tikililəri qəza halına
gətirir. Sakinlərin dəfərlərlə FHN-nin qaynar xəttinə, Binəqədi RİH-nin
müvafiq nümayəndələrinə etdiyi xəbərdarlıqlara isə, ümumiyyətlə
əhəmiyyət verən yoxdur. Bazar günü olduğundanhəm nazirliyin, həm də icra
nümayəndəliyinin telefonları söndürülüb. Çox güman ki, sakinlərin
fasiləsiz olaraq etdiyi zənglər onları narahat etməsin deyə, son vasitə
kimi telefonların söndürülməsinə əl atıblar. Sakinlər illərdir davam
edən bu özbaşınalıq və laqeyidlikdən bezara gələrək, aksiya keçirmək və
Binəqədi şossesini bağlamaq niyyətindədirlər: “Əgər bir saata kimi,
müvafiq orqanlar vəziyyətlə maraqlanmasa, problemi araqdan qaldırmaq
üçün bir iş görməsələr, şosseni bağlayacıq. Biz bu yolla cənab
prezidentimizə çatdırmaq istəyirik ki, onun bu rayon üçün ayırdığı
milyonlarla manat vəsait , “Təmiz Binəqədi” layihəsi adı altında
daşa-döşəməyə verilir, lakin mindən çox ailənin yaşadığı bu qəsəbənin
su-kanalizasiya problemi isə aradan qaldırılmır” – deyə sakinlər
narazılıqlarını bildirirlər.
10917467_314459648752733_758685940_n
10934519_314459568752741_1403873566_n (1)
10937722_314459635419401_1963826553_n
10941245_314459605419404_1606654840_n
10942254_314459578752740_214548509_n
10943349_314459612086070_386230266_n
10953042_314459588752739_585267541_n

Short URL: http://www.cumhuriyyet.net/?p=15749

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728