MTN rəhbəri xəbərdarlıq etdi: Hər bir vəziyyətə hazır olmalıyıq

26.01.2015 - 10:55

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.

Dövlət
Komissiyasından trend-ə daxil olan məlumata görə, əvvəlcə tədbir
iştirakçıları Dövlət Komissiyasının fəaliyyətini əks etdirən
fotostendlə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin fəsadları barədə müxtəlif dillərdə nəşr edilmiş kitablar,
video materiallar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.
İclası
giriş sözü ilə Dövlət Komissiyasının sədri Eldar Mahmudov açaraq
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun və 2014-cü il
22 dekabr tarixli sərəncamlarına əsasən, Dövlət Komissiyasının
tərkibində olunmuş dəyişiklikləri elan edib. Dövlət Komissiyasının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurumun üzvlərinə
göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarına, ölkə rəhbəri
tərəfindən Dövlət Komissiyanın qarşısına qoyulmuş vəzifələrin icrası və
müəyyən edilmiş strateji məsələlərin həlli üçün daha da intensiv
çalışacaqlarına əmin olduğunu bildirib.
Ermənistanın
Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemin
həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək
lazım olduğunu bildirən Eldar Mahmudov, mövcud status-kvonun
dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkün
olmadığını diqqətə çatdırıb. Bildirib ki, 2014-cü il ərzində qoşunların
təmas xəttində Ermənistan hərbçiləri tərəfindən törədilmiş
təxribat-diversiya əməlləri bunu bir daha təsdiq edir.
E.Mahmudov
deyib ki, Ermənistanın destruktiv hərəkətləri göstərdi ki, bütün
aidiyyəti dövlət strukturları kimi, Dövlət Komissiyası da səlahiyyətləri
çərçivəsində cəbhədə baş verə biləcək hadisələrə operativ reaksiya
verməyə hazır olmalıdır: “Məlumdur ki, Ermənistanın təxribatı yalnız
qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla bitmir. Terrorçuluğu
və təcavüzkar separatçılığı dövlət siyasətinin əsas xəttinə çevirmiş
Ermənistan, eyni zamanda, dinc insanlara qarşı da təxribat siyasəti
yeritməkdə davam edir.
2014-cü ilin iyulunda
yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Azərbaycan
Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş
Kəlbəcər rayonunun ərazisinə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev
işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov
isə qətlə yetirilib. Hadisənin baş verdiyi andan Ermənistan bu məsələyə
qeyri-humanitar mövqedən yanaşıb və tamamilə aidiyyəti olmayan müxtəlif
uydurma məlumatlar yayıb. 
Ökə rəhbərinin daim
diqqətində olan girovlarla bağlı məsələ üzrə Azərbaycan Respublikası
müvafiq beynəlxalq təşkilatlar qarşısında vaxtında və əsaslandırılmış
tələblər qaldırıb. Lakin bütün səylərə baxmayaraq, qarşı tərəfin tutduğu
qeyri-konstruktiv mövqeyə görə girovların azad edilməsi mümkün olmayıb.
Həsən Həsənovun meyitinin qaytarılması prosesi isə üç ay uzanıb. İşğal
olunmuş Dağlıq Qarabağdakı qondarma rejim vasitəsi ilə məhkəmə şousu
təşkil edilib. Təbii ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən
tanınmamış və beynəlxalq hüququn subyekti olmayan qəsbkar rejimin nə
özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur
və bu hərəkət qəbuledilməzdir. Bu, Ermənistanın müharibə qurbanlarını
siyasi təzyiq vasitəsinə çevirmək cəhdinin növbəti nümunəsidir”.
E.Mahmudov
qeyd edib ki, buna görə, təcavüz nəticəsində yaranmış humanitar
problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox
işlər görülməlidir: “Müharibə qurbanı kateqoriyasına aid edilən
əsir-girov və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan
Komissiya hər bir vəziyyətə hazır olmalıdır. İşimizi Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun qurmalıyıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15750

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728