Hikmət Hacızadə vəfat etdi
Azərbaycanın milli-azadlıq hərəkatının liderlərindən biri olan Hikmət Hacızadə bu gün, 66 yaşında vəfat edib. Bu barədə mərhumun oğlu Adnan Hacızadə sosial şəbəkədə məlumat yaylb.
Hikmət Hacızadə 3-4 gün əvvəl insult keçirmiş, komaya düşmüşdü. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
A.Hacızadə bildirib ki, atası bu gün saat 11.30-da Yasamal qəbristanlığında torpağa tapşırılacaq.
Bildirilir ki, pandemiya ilə əlaqədar olaraq heç bir yas mərasimləri nəzərdə tutulmayıb.
Allah rəhmət eləsin.
Short URL: http://www.cumhuriyyet.net/?p=157509