Azərbaycan Norveçin “Stad” komandasının cəzalandırılmasını istəyir
ibarət “Stad” voleybol komandasının rəsmi nümayəndələrinin Azərbaycan
Voleybol Federasiyasının (AVF) ünvanına əsassız itihamları, o cümlədən
“Anatoliya” hotelinin veb səhfəsində nalayiq, etikadan kənar yazılmış
qərəzli yazıları ilə əlaqədar AVF tərəfindən Avropa Voleybol
Konfederasiyasının prezidenti Andre Meyerə muvafiq qaydada muraciət
olunacaq.
AVF-dən rəsmi sürətdə üzr istəməsi və cəzalandırılması tələb ediləcək.
Bu barədə Trend-ə AVF-nin mətbuat xidmətindən Norveç mətbuatının
“Azadlıq Radiosu”nda yayımladığı və onlara istinadən bəzi Azərbaycan
veb-saytlarında “Stad” komandasının Azərbaycanda qalmaqalla qarşılaşması
haqqında yer alan və ittihamlarla dolu məlumatlara münasibətində belə
deyilib:
məlumatlar tam əsassızdır. AVF bildirir ki, Azərbaycan Voleybol
Federasiyaının, onun qurumlarının və federasiyanın prezidenti Ziya
Məmmədovun “Anatoliya” hotelinə heç bir aidiyyəti yoxdur.
Avropa Voleybol Konfederasiyasının (AVK) Avrokubok yarışlarının
keçirilməsinə dair təlimatına uyğun yarışlarda iştirak edən hər bir
komanda səfər oyunu zamanı hotel seçimi, ödənişi və ölkəyə giriş
vizasının alınması həmin komandanın öz öhdəliyindədir: “Norveç
komandasının seçimi Norvec turist agentliyi, o cümlədən “Stad” klubu
tərəfindən “Anatoliya” hoteli ilə birbaşa danışıqlar əsasında həyata
keçirilib. Onu da qeyd etmək lazımdır ki, komanda həm turist agentliyi
vasitəsilə, həm də birbaşa özləri komanda ücün “Anatoliya” hotelində
yerlər ayrılması məqsədilə fərqli sifarişlər veriblər. Bununla bağlı,
“Anatoliya” hoteli tərəfindən ayrı-ayrılıqda ikitərəfli fərqli sifariş
qeydiyyata alınıb və ikinci dəfə yenidən otaqlar ayrılıb və bu da öz
növbəsində əlavə xərcə gətirib çıxarıb. Norveçin “Stad” komandası hotel
xidmətinin müvafiq xərclərinin ödənilməsindən imtina edikdə bu
problemlər aşkara çıxıb. Yuxarıda qeyd olunan anlaşılmazlıq nəticəsində
Norveçin “Stad” komandası ilə “Anatoliya” hoteli arasında maliyyə
problemi yaranıb. AVF-nin, onun qurumlarının və prezidenti Z.Məmmədovun
bu insidentə hec bir aidiyyəti yoxdur və heç bir məsuliyyət daşımırlar”.
tərəfdən, “Stad” komandasının Azərbaycana girişi ücün dəvətnamənin
vaxtında göndərilməsinə baxmayaraq, onlar Azərbaycanın İsveçdəki
səfirliyinə sənədləri vaxtında təqdim etməyiblər: “Azərbaycan tərəfi
istisna hal olaraq, müvafiq qurumlar vasitəsilə Bakıda Heydər Əliyev
Beynəlxalq Hava Limanında Norveçin “Stad” komandasına viza verilməsini
təmin edib. “Azerreyl” klubu “Stad” komandasını yalnız nəqliyyat
vasitəsilə və məşq zalı ilə təmin edilməsi öhdəliyini daşıyır. Bunlardan
əlavə, milli qonaqpərvərlik zəminində oyundan sonra, səhərisi gün
“Stad” komandasının xahişlərini nəzərə alaraq, voleybolçuların Bakıda
gəzintisi və şəhərlə tanış olmaq məqsədilə onlara nəqliyyat vasitəsi
ayrılıb və təmənnasız gəzinti təmin edilib. Yuxarıda qeyd olunanları
nəzərə alaraq, Azərbaycanın qonaqpərvər olduğu açıq-aydın bildirilib.
vitse-prezidenti Faiq Qarayevlə oyun oncəsi görüş zamanı Norveçin
“Stad” komandası tərəfi Azərbaycana gəlişindən çox məmnun olduqlarını və
heç bir problemlərinin olmadığını qeyd edib. Oyun maraqlı və dostluq
zəminində keçib, oyun zamanı fəxri qonaq simasında Rumıniyanın
Azərbaycandakı səfiri Daniel Kristian Çobanu və onun xanımı, eləcə də
digər fəxri qonaqlar istirak ediblər. Onu da nəzərə catdıraq ki, AVF öz
fəaliyyəti dövründə milli yığma komandalar və klublar səviyyəsində
mötəbər dünya və qitə turnirlərində iştirak edib, eləcə də onlara ev
sahibliyi edib. Azərbaycanda keçirilmiş oyunların nəticəsindən asılı
olmayaraq, daima digər komandalar AVF-nin təşkilatcılığından razı qalıb
və dönə-dönə təşəkkürlərini bildiriblər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15752