Dəmiryolçular piket keçirdi
Dəmiryol idarəsinin əməkdaşları piket keçirməyə cəhd göstəriblər. Bu
barədə Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verib.
dəmiryolçuların təmsilçisinin bildirdiyinə görə, onlar 2001-ci ildən
başlayaraq məvaciblərinin bir hissəsini, ezamiyyət və məzuniyyət
pullarını, yol pullarını və sair ödənişlərini ala bilmirlər və
ümumiyyətlə, maaşları azdır, onların tələbatını ödəmir.
Dəmiryol idarəsinin rəhbərliyi şikayətçilərin nümayəndələrini görüşə
çağırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15757