cumhuriyyet.net
Beyrutun yaxınlığında yerləşən həbsxanadan 70-ə yaxın dustaq qaçıb • Cumhuriyyət
Livanın paytaxtı ətrafındakı Baabda rayonunda yerləşən həbsxanada kütləvi məhbus qaçışı baş verib. AZƏRTAC LBC telekanalına istinadla xəbər verir ki, əldə olan məlumata görə, 70-ə yaxın dustaq kameralarının qapılarını sındıraraq mühafizəçilərin əl-qolunu bağlayıb və şəhər istiqamətinə qaçıb. Hazırda təhlükəsizlik qüvvələri Baabda rayonunu mühasirəyə alaraq qaçan dustaqların axtarışını davam etdirir. İndiyədək yalnız doqquz məhbusun tutulduğu bildirilir.
nesimi