Türkiyədə azərbaycanlı yaralı polisi xilas etdi

26.01.2015 - 12:46

Azərbaycanlı Türkiyədə yaralı polisi xilas edib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə,
İstanbulun Bahçelievlər səmtində narkotik aludəçisi olan şəxs silahı ilə
ətrafa atəş açmağa başlayıb.

Bahçelievlerdə bir polisi yaralayan şəxs bir nəfəri də girov götürüb.

Hadisənin şahidi isə Naib adlı azərbaycanlı olub. “Cihan”
agentliyinin məlumatına görə, Naib adını bilmədiyi şəxsin polisi girov
götürdüyünü deyib: “O, polisin boynundan tutaraq onu içəriyə doğru
apardı. İçəridən atəş səsləri gəldiyi üçün hamı dağılışdı. Polis yaralı
halda yerə yıxıldı. Qışqırıq səsləri yayıldı, heç kim yardıma getmədi.
Dəmirlərin altından sürünərək polisi təhlükəsiz yerə çıxardım. Bu anda
düz başımın yanından güllə keçdi. Daha sonra polisi təcili yardım
maşınının yanına gətirdim. Bu zaman iki fəhlə də mənə kömək etdi”.

Polis həmkarlarını və başqa bir nəfəri yaralayan şəxsi yaxalamaq üçün
əməliyyat keçirib. Saxlanılan şəxsin həqiqətən də narkotik maddə
istifadəçisi olduğu bəlli olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15762

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728