Dünyada qeyri-sabit durum: Azərbaycanın kapital bazarını nə gözləyir?
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı “Trend”-ə müsahibə verib:
vəziyyət şəraitində Azərbaycanın kapital bazarının inkişaf səviyyəsini
necə qiymətləndirirsiniz?
bu seqmentdə prosesləri birmənalı qiymətləndirmək mümkün deyil: yaxşı və
ya pis, müsbət, yaxud mənfi. 2014-cü ildə bəzi birja məhsulları, o
cümlədən enerji daşıyıcıları üzrə qiymətin azalması şəklində xarici
pressinq faktoru mövcud olub. Həmçinin xüsusi ilə Azərbaycanın
yerləşdiyi regionda bir sıra milli valyutaların devalvasiyası amili
olub.
göstərib və bütün bunlar qaçılmaz olaraq Azərbaycan iqtisadiyyatında
əksini tapıb. Lakin ümumilikdə ölkə iqtisadiyyatı və Azərbaycanın
kapital bazarlarında proseslər xarici təhdidlərə çox ciddi dayanıqlıq
göstərdilər.
artım tempini üstələdiyini nəzərə alsaq, bazar necə inkişaf edib?
2014-cü il ümumilikdə nə ilə yadda qaldı?
olduqca ciddi, say və keyfiyyət nəticələri əldə olunub. Qeyd etmək
lazımdır ki, 2011-ci ildə Qiymətli Kağızlar Bazarının İnkişafı üzrə
Dövlət Proqramı qəbul edildikdən sonra son bir neçə il ərzində dövlət və
QKDK kapital bazarının bütün əsas aspektlərində islahatların aparılması
üzrə ardıcıl tədbirlər həyata keçirilir və nəticə olaraq, 2014-cü ildə
artıq kifayət qədər ciddi keyfiyyət dəyişikliklərinə malik idik.
platforması fəaliyyətə başladı. Hüquqi əsaslanma, əməliyyat platforması,
potensialın möhkəmləndirilməsi təsdiq edildi və iyulun 21-də sistem işə
salındı. Nəticədə yarım il ərzində mal-xammal derivativlər və xarici
valyutada derivativlər üzrə əməliyyatların həcmi 4,3 milyard manata
çatıb ki, bu da qiymətli kağızlar bazarında əqdlərin ümumi həcminin üçdə
birini təşkil edir.
təminatı və birja ticarətində rəqabətli qiymət müəyyənləşdirmə
mexanizmlərini işə sala bildik. Bu, o deməkdir ki, ötən il ərzində iri
oyunçular, iri maliyyə şirkətləri bazar qiymətləri üzrə konkret bazar
kağızlarını almaq və satmaq öhdəliklərini üzərlərinə götürərkən biz
marketmeykerlik institutunu yaratdıq.
sayı 13-ə çatıb və bu, təkrar bazarda və sonra isə ilkin bazarda,
xüsusi ilə də korporativ kağızlar bazarında bu kağızların likvidliyinin
və onlara tələbatın artmasına yardım etdi. Yekunda bazarın bu
seqmentində əməliyyatlar 2,2 dəfə artdı.
Azərbaycanda kapital bazarı institutlarının mövcud olduğu 15 il ərzində
struktur dəyişiklikləri ona gətirıb çıxardı ki, hazırda ölkənin bazar
institutları və kapital bazarları həmin isntitutların maliyyə
dayanıqlığını təmin edən dəyərləri yenidən hasil edirlər. 2014-cü ilədək
Bakı Fond Birjası kimi institutların və depozitar, klirinq hesablama
institutlarının əsas gəlirləri dövlət qiymətli kağızlarla əməliyyatlar, o
cümlədən klassik təsnifatda kapital deyil, pul bazarının alətləri olan
Azərbaycan Mərkəzi Bankının notları ilə repo və əks repo əməliyyatlar
hesabına yığılıb. BFB, depozitar mərkəz və digər əsas maliyyə
vasitəçilərinin gəlirlərinin üçdə ikisinə qədəri əsasən dövlət alətləri
hesabına formalaşıb.
ildən başlayaraq özəl korporativ sektorun əməliyyatları dominantlıq
etməyə başladı və qiymətli kağızlar bazarında əməliyyatların üçdə
ikisinə çatıb. Müvafiq olaraq, institutların gəlirləri artıb, onlar
dövlət alətləri ilə ticarət hesabına deyil, özəl korporativ sektorun
ticarətindən formalaşır. Bu, ona gətirib çıxarır ki, kapital bazarları
özəl sahibkarlığın və bazar iqtisadiyyatının elementi kimi bu
institutların maliyyə dayanıqlığını və sabit fəaliyyət göstərməsini
təmin edən dəyərləri yenidən hasil etməyə başladılar.
maliyyə alətləri hesabına belə iri regional layihə maliyyələşdirilərkən
təkcə Azərbaycanın kapital bazarlarında deyil, həmçinin regiondakı
kapital bazarları tarixində ilk dəfə baş verdi. Bu, çox əhəmiyyətli
faktordur. Lakin hesab edirəm ki, bu, kəmiyyət-keyfiyyət məsələsidir.
təkmilləşdirərkən, praktiki olaraq əməliyyat və ticarət platformalarını
yenidən yaradarkən, qaytarılmayan əqdləri, sərmayədarların və
emitentlərin zəmanətli hüquqlarını təmin edərkən bu, keyfiyyətli mühüm
dəyişiklərə gətirib çıxardı.
layihələri Azərbaycanın kapital bazarının alətləri vasitəsi ilə
maliyyələşdirmək mümkün oldu. Özlüyündə istiqrazlar üzrə ticarət bizdə
xeyli müddətdir bazar platformalarında aparılır. Yalnız o dəyişdi ki,
məbləğ kifayət qədər böyük idi və emitent qismində Avropanın enerji
təhlükəsizliyi sahəsində çox vacib oyunçu olan ciddi institut çıxış
etdi.
və bu seqmentin maliyyə resursları ilə təkcə iqtisadiyyatın qeyri-neft
sektorunu deyil, həmçinin hasil edilmiş gəlirlər hesabına instiutların
institusional inkişafını təmin edə bilməsinə nail olaq.
çağırışlara cavab vermək üçün kifayət qədər ciddi maliyyə və
institusional platformamız var. Bəli, gəlirlərmiz müəyyən dərəcədə neft
və enerji daşıyıcılarından yığılır və bu məhsulun qiymətinin bir neçə ay
ərzində 2 dəfədən çox düşməsinin iqtisadi proseslərə müəyyən təsirləri
var. Lakin digər tərəfdən, ehtiyatlarımız var və mən heç vaxt Dövlət
Neft Fondunda yığılmış maliyyə ehtiyatlarını nəzərdə tutmuram.
böhranı yaşayaraq institusional möhkəmlik ehtiyatı və topladığımız
təcrübə, həmçinin insan resursu yeni çağırışılar qarşısında da dayanmağa
imkan verəcək. 2015-ci ildə bizim sektora (kapital bazarı) gəlincə,
kifayət qədər nikbin məqsədlərimiz var və onlara qarşı ardıcıl
irəliləyirik. Onlar arasında qanunvericiliyin təkmilləşdirilməsi
(“Qiymətli kağızlar bazarı və fond birjaları haqqında” yeni qanunun və
fond birjasında əməliyyatlar üçün spesifik vergi rejiminin qəbul
edilməsi), debüt IPO-nun həyata keçirilməsi, ilk birja indeksinin
formalaşdırılması, investisiya fondlarının təsis edilməsi,
marketmeykerlik institutunun gələcək inkişafı, derivativlərlə ticarətin
genişləndirilməsi və s. var.
Short URL: http://www.cumhuriyyet.net/?p=15765