12 illik təhsilə keçidin bəzi detalları açıqlandı

26.01.2015 - 13:22

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında 12
illik təhsillə bağlı tədbirlər nəzərdə tutulub.
APA-nın
xəbərinə görə, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil
şöbəsinin müdiri Aydın Əhmədov bu gün keçirilən mətbuat konfransında
deyib ki, 12 illik təhsilə keçidlə bağlı fikirlər bildirilməzdən öncə
dünyanın inkişaf etmiş ölkələrində təhsillə bağlı məlumatlar təhlil
edilib.
 Onun sözlərinə görə, belə müəyyən olunub
ki, dünya ölkələrində ümumi təhsilin müddəti 12 il və daha artıqdır:
“Dünya təhsil sistemlərindən inteqrasiyadan danışılırsa, Azərbaycanda da
12 illik təhsilə keçidlə bağlı müəyyən tədbirlər görülməlidir. Bu
məsələ artıq dövlət strategiyasında öz əksini tapıb. 12 illik təhsilə
keçid sadə proses deyil. Hazırda ölkədə ümumi təhsilin müddəti 11 ildir.
11 il ərzində 4 illik ibtidai, 6 il ibtidai orta, 2 il tam orta təhsil
nəzərdə tutulub. 12 illik təhsilə keçid tədris planlarında köklü şəkildə
dəyişikliyi, buna əsasən dərsliklərin dəyişikliyini nəzərdə tutur. Buna
da müəyyən işlərdən başlamaq lazımdır. Kurrikulum üzrə keçən müddət
ərzində təhsil prosesində müəyyən təhlillər aparılıb. Hazırda
kurrikulumların 12 illik təhsil sisteminə uyğunlaşdırılması nəzərdə
tutulur. Bunun üçün müəyyən müddət müəyyənləşdirilib. İlk olaraq 12
illik təhsilə keçidlə bağlı mütəxəssislərdən ibarət işçi qrupu
yaradılacaq. 12 illik təhsilə keçidin əsas müsbət cəhətlərindən biri də
tədris proqramlarının genişləndirilməsidir”.
A.Əhmədov
qeyd edib ki, təhsilin səviyyələri üzrə bütün təhsil pillələrinə uyğun
təhsil proqramları 12 illik təhsil sisteminə uyğunlaşdırılacaq: “10
illik ümumi orta, 2 illik tam orta təhsil-lisey səviyyəsinin müəyyən
edilməsi pedaqoji sahə üzrə mütəxəssislər tərəfindən müzakirə olunacaq.
İndidən hansı tədris ilindən 12 illik təhsilə keçiləcəyi barədə danışmaq
tezdir. Növbəti müzakirələrin nəticəsindən sonra ümumi məsələyə, 12
illik təhsilə keçidlə bağlı bir çox məsələlərə aydınlıq gətiriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15766

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728