Lamiyə Aslan Aslanovun oğlunu niyə öldürmüşdü?- O qətl yenidən gündəmdə

26.01.2015 - 13:36

On iki il öncə Şəmkirin icra başçısı Aslan Aslanovun oğlunun
qətlində təqsirləndirilərək həbs edilən Lamiyə Quliyevanın məhbəsdə uşaq
dünyaya gətirməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib.

Cinayəti birgə törətməkdə ittiham olunaraq həbs edilən
Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev “Qafqazinfo”ya açıqlamasında
bildirib ki, o, işə 2010-cu ildə qoşulub.

Ə.Mustafayev cinayətin
baş verdiyi dövrdə olan hadisələri açıqlayıb: “O vaxt Lamiyə ilə Vüqar
nişanlanmışdı. Sonradan Vüqar bilib ki, bu kiminləsə intim əlaqədə olub.
Lamiyə də o vaxt azyaşlı idi. Vüqar soruşub ki, o adam kimdir? Lamiyə
deyib Aslan Aslanovun oğlu Ruslandır. Vüqar da Ruslanı tanıyırmış, ona
görə inanmayıb. Lamiyəyə deyib ki, sübut elə. O da Vüqarın yanında zəng
edib Ruslana deyib sənlə görüşüb danışmaq istəyirəm. Bunlar üçü bir
yerdə görüşüblər. Şəhərdən bir az kənarda maşında söhbət edəndə Lamiyə
deyib etiraf elə ki, məni zorlayan sən olmusan. Ruslan etiraf etməyib,
özünü biraz çılğın aparıb. Lamiyə də özü ilə gətirdiyi bıçağı çıxarıb
Ruslanı vurub. Ruslan düşün maşından qaçıb, Lamiyə arxasınca gedib ona
çatıb, çoxlu zərbələr vurub. Bıçaq zərbələrin sayının çox olması
 Lamiyənin yaşının az olması, arıq və zəif olmasına görə olub. Vüqar
həmin vaxt maşında olub, amma Ruslanın bıçaqla vurulmasında iştirak
etməyib. İstintaq deyir ki, Lamiyənin əlindən bıçaq düşəndən sonra Vüqar
götürüb Ruslanı vurub. Amma bıçağın üzərində təkcə Lamiyənin əl izləri
var. Vüqar vursaydı, onun əl izi olardı. Vüqarın Ruslanı vurmadığını qız
da deyib. Sonralar Lamiyəyə işgəncə verildiyi üçün tez-tez ifadələrini
dəyişib. Vüqar sadəcə Ruslanın kolluqda gizlədilməsinə kömək edib, özü
də bunu etiraf edir. Ruslanı gizlədərkən onun telefonuna zəng gəlib.
Bunlar da izi itirmək üçün telefonu götürüb rayonda həyətlərindəki
tualetə atıblar. 

Bir müddət sonra belə deyildi ki, guya Vüqarın
atasının Aslan Aslanovla torpaq üstündə davası olub. Vüqar da onun
qısasını almaq üçün Ruslanı öldürüb. Amma atasının Aslan Aslanovla heç
bir mübahisəsi olmayıb. O vaxt Vüqarın atası, anası, qardaşı bütün
qohumları həbs edildi. Lamiyənin də bütün qohumları saxlanılmışdı.
Hərəsinə bir ad qoyub tutdular. 

Vüqarın həbsdən sonra Lamiyə ilə kimlərinsə vasitəsilə də heç bir əlaqəsi olmayıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15767

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728