Rusiyaya qarşı dəhşətli sanksiya gəlir, müharibə başlaya bilər
rusiyameylli separatçıların mövqelərindən atəşə tutulması və nəticədə
azı 30 mülki sakinin həlak olmasından sonra Qərblə Rusiya arasında
qarşıdurma daha da dərinləşib.
saytı xəbər verir ki, bu gün ATƏT Daimi Şurasında Ukraynanın şərqindəki
vəziyyətlə bağlı təcili toplantı keçiriləcək. Brüsseldə isə
NATO-Ukrayna komissiyasının növbədənkənar toplantısı çağırılıb.
prezidenti Barak Obama isə Hindistana səfəri zamanı Ukraynadakı son
hadisələri şərh edərək Rusiyaya qarşı təzyiqlərin daha da artacağını
bildirib.
ibarət olacağı hələlik məlum deyil, ancaq “Kommersant” ABŞ Dövlət
Departamentinə yaxın mənbələrə istinadən yazıb ki, Qərb Rusiyanın
beynəlxalq bank sistemi SWIFT-ə çıxışını qadağan edə bilər.

sistemi hazırda qlobal maliyyə axınlarını tənzimləyən əsas sistemdir və
bu sistemə daxil olmayan banklar xarici hesablar üzrə əməliyyat apara
bilməz. Bundan əvvəl Qərb İrana qarşı bu cür sanksiya tətbiq edib və
nəticədə İranın beynəlxalq maliyyə əməliyyatları həyata keçirmək imkanı
ciddi şəkildə məhdudlaşdırılıb.
sanksiyanın nəticəsində İran satdığı neftin pulunu ala bilmirdi və
məcbur olub nefti ya küçə qızıla, yaxud aşağı qiymətə digər vasitəçilərə
satırdı. İran banklarının SWIFT sisteminə girişinin məhdudlaşdırılması
bu ölkəni on milyardlarla dollar ziyana saldı və iqtisadiyyatına böyük
zərbə vurdu. İndi Rusiyaya qarşı analoji sanksiyaların tətbiqi bu
ölkənin iqtisadiyyatına ağır zərbə olardı.
mətbuatı yazır ki, əgər Qərb bu addıma getsə, o zaman Rusiya ilə Qərb
arasında qarşıdurma əsl müharibəyə keçə bilər. Son aylar ərzində
amerikalı və avropalı siyasətçilər dəfələrlə Rusiyanın SWIFT sisteminə
girişinin dayandırılmasına çağırıblar.
agentliyinin məlumatına görə, ötən ili avqustunda Böyük Britaniyanın
baş naziri Devid Kemeron Rusiyanın SWIFT sistemindən kənarlaşdırılmasına
nail olmağa çalışıb. Daha sonra Avropa Parlamentinin üzvləri bu
çağırışla çıxış ediblər. Həmçinin amerikalı senatorlar Maliyyə
Nazirliyinə bu barədə müraciət ediblər.
həftə “Vneştorqbank”ın idarə heyətinin sədri Andrey Kostin Davos
Forumunda bildirib ki, Rusiya banklarının SWIFT sistemindən çıxarılması
ABŞ-la Rusiya arasında münasibətlərin tamamilə kəsilməsi demək olard.
gün SWIFT sistemi üzərindən 6 trilyon dollardan yuxarı ödəmələr və
köçürmələr həyata keçirilir, bu əməliyyatda 210 ölkədən 10 mindən çox
bank iştirak edir. Rusiyadan sistemin 600-dən çox iştirakçısı var. Bura
“Bank Rossiya” və iri banklar daxildir.
“Frankfurter Allgemeine” qəzeti isə yazır ki, NATO ölkələrinin müdafiə
nazirləri fevralın 5-də növbədənkənar toplantı keçirərək Rusiyanın nüvə
müharibəsi təhdidlərini müzakirə edəcək.
görə, müşavirə “nüvə planlaşdırması qrupu” formatında keçiriləcək və
orada Fransa istisna olmaqla NATO-nun nüvə silahına malik səkkiz
ölkəsinin naziri iştirak edəcək.
Rusiyanın nüvə təhdidlərinə dair hesabat müzakirə olunacaq. Bildirilir
ki, müşavirənin keçirilməsinə səbəb son aylarda Rusiyanın strateji
bombardmançı təyyarələrinin NATO üzvü olan ölkələrin hava sərhədləri
yaxınlığında intensiv uçuşlar həyata keçirməsi, hətta hava məkanını
pozmasıdır.
Tu-22M və Tu-95H təyyarələri müntəzəm olaraq Baltik ölkələrinin,
Niderlandın, hətta Böyük Britaniyanın və ABŞ-ın hava sərhədləri
yaxınlığında manevrlər keçirirlər. Bir sıra nüfuzlu Qərb analitiklərinə
görə, əgər Rusiya daha da sıxışdırılsa, Putin nüvə müharibəsinə qərar
verə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=15769