Bakı ABŞ səfirliyinin yeni binasının tikintisinə dair müqaviləni pozub

26.01.2015 - 16:18

Azərbaycan hökuməti Bakıda ABŞ-ın
yeni səfirliyinin binasının tikintisi barədə əvvəl imzaladığı
müqavilədən imtina edib. Bu 2013-cü il seçkilərinin  nəticələrinin
Vaşinqton tərəfindən tənqidindən dərhal sonra baş verib. Bu barədə “Turan”a məlumatlı diplomatik mənbə bildirib.
Bundan sonra dövlət katibi Con Kerri 2014-cü ilin fevralında İlham Əliyevə məktub göndərərək əməkdaşlığa çağırıb.
Səfirliyin yeni  binasının inşasına çoxdan zərurət var. İndiki 100 illik bina lazımi tələblərə cavab vermir və çox kiçikdir.
“Hazırki bina acınacaqlı vəziyyətdədir, baxmayaraq ki, onu normal  saxlamaq üçün səylər göstərilir.
Azərbaycan hökuməti dəfələrlə səfirliyin diplomatik missiya üçün
yer almaq  cəhdlərinə maneçilik  törədib”, – Dövlət Departamentinin
2014-cü il aprel-may ayları üçün hesabatında deyilir.
Mənbə qeyd edib ki, 2013-ci il seçkilərinin Amerika tərəfindən
tənqid edilməsi, eləcə də vətəndaş hüquqları sahəsində qanunvericiliyin
sərtləşdirilməsi, Əliyev hökumətini qıcıqlandırıb.
Eyni zamanda Dövlət Departamentinin hesabatında qeyd olunub ki,
“avtoritarizm və vətəndaş cəmiyyətinin sıxışdırılması ilə bağlı
həyəcanlı tendensiya”nın olmasına baxmayaraq, Azərbaycan tranzit və
NATO-nun Əfqanıstandakı missiyasına dəstəyin təminatı, terrorizmə qarşı
mübarizə və İranın nüvə proqramının qarşısının alınmasında ABŞ-ın mühüm
tərəfdaşı olaraq qalır.
“Azərbaycan iqtisadi islahatlar sahəsində müəyyən irəliləyiş əldə
etsə də digər sahələrdə, ilk növbədə vətəndaş cəmiyyəti və insan
hüquqları sahəsində ciddi problemlər qalır.
“Seçkilərdən sonra ABŞ səfirliyinin Azərbaycan hökumətinin rəsmi
şəxsləri ilə konstruktiv əməkdaşlıq qurmaq səyləri hətta qarşılıqlı
maraq doğuran sahələrdə də çətinləşib” – sənəddə qeyd olunub. 

Short URL: http://www.cumhuriyyet.net/?p=15770

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728