Erməni nazir: “Avropa Oyunlarında iştirak etməliyik”

26.01.2015 - 16:29

Ermənistanın gənclər və idman naziri
Qabriel Kazaryan ölkəsinin Bakıda keçiriləcək I Avropa Oyunlarında
təmsil olunmasının vacibliyindən danışıb.
 “Report”un yerli mətbuata istinadən verdiyi məlumata görə, nazir
“Bakı-2015” Avropa Oyunlarında böyük sınaq qarşısında olacaqlarını
bildirib.
“Bu il idmançılar, xüsusən də güləşçilər üçün ağır olacaq” deyən
Q.Kazaryan ölkəsini təmsil edəcək idmançıların təhlükəsizliyinə zəmanət
verildiyini də vurğulayıb: “Şəxsən mən düşünürəm ki, Ermənistan Avropa
Oyunlarında iştirak etməlidir. Bütün tərəflər – Bakı, Beynəlxalq
Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi təhlükəsizliyimizə zəmanət
verir. Hazırlıqlarımız davam edir, amma rəsmi qərar bir müddət sonra
veriləcək”.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=15771

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728