Ağ Evdə Fövqəladə vəziyyət – Vaşinqtonda bomba həyəcanı yaşanır

26.01.2015 - 16:33

ABŞ
prezidenti Barak Obamanın mətbuat katibi bəyan edib ki, bazar ertəsi Ağ
Evin həyətindən “təyinatı bəlli olmayan” cihaz tapılıb. Prezident və onu
xanımı hazırda Hindistanda olsa da, təhlükə ilə bağlı təcili
araşdırmalar başlayıb. 
Ancaq hələ mətbuata bəlli deyil ki, prezidentin qızları haradadır.
Onların həmin vaxtı Ağ Evdə olmaları ehtimalı böyükdür. Polis,
Yanğınsöndürmə Briqadaları və digər Fövqəladə Xidmət qrupları hazırda Ağ
Evin əhatəsindədir. Yad əşya tapılanda hava qaranlıq olub. Ona görə də
AДћ Evə giriş yerli vaxtla səhər saat 5-ə qədər qapadılıb. 
Bu hadisə ilə bağlı xəbər ildırım sürəti ilə dünya mediasında paylaşılır. Biz də hadisənin inkişafını yaxından izləyəcəyik.
Qeyd edək ki, Vaşinqtonla Bakı arasında  9 saat zaman fərqi var. 

Elbəyi Həsənli, musavat.com 

Short URL: http://www.cumhuriyyet.net/?p=15772

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728