İrəvanda indi də ticarətçilər etiraza qalxdı

26.01.2015 - 16:43

Yerevanda hökumət binasının qarşısında toplaşan ticarətçlər vergi ilə bağlı yeni qanuna qarşı etiraz aksiyası keçirirlər. 

Avropa.info
xəbər verir ki, aksiya iştirakçılarından 10 nəfərə təklif olunub ki,
baş nazirin görüşünə gəlsinlər. Lakin bu təkliflə razılaşmayan
aksiyaçılar tələb ediblər ki, baş nazir hamı ilə görüşsün. 

Əvvəlcə
camaatın qarşısında idarənin işçisi Aleksandr Kazaryan çıxıb. O, etiraz
edənlər içəri dəvət etsə də, kütlədən “Xalq baş nazirin səsini eşitmək
istəyir. Qoy, öz aşağı düşüb bizimlə danışsın” sədaları yüksəlib. 

“Ticarət
dövriyyəsindən vergi” tutulması haqda yeni qanun alverçiləri məcbur
edir ki, onlar ticarət dövriyyələrinin miqdarı haqda lazımi orqanlara
sənədlər hazırlayıb versinlər. Buna əməl etməyənlər isə cərimələnəcək. 



Short URL: http://www.cumhuriyyet.net/?p=15774

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728