Azərbaycanın 5 yeni döyüş silahı…

26.01.2015 - 16:51

Müdafiə Sənayesi Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib.
Nazirlikdən
virtualaz.org-a verilən məlumata görə, iclası açan müdafiə sənayesi
naziri Yavər Camalov 2014-cü ildə respublikanın iqtisadi və
ictimai-siyasi həyatında baş verən uğurlardan danışıb. Qeyd edib ki,
prezident İlham Əliyevin rəhbərliyi altında çoxşaxəli iqtisadiyyatın
formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi
və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması
nəticəsində ölkə iqtisadiyyatı uğurla inkişaf edib, dövlət büdcəsinin
həcmi durmadan artıb, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib.
Nazir
ötən ilin Müdafiə Sənayesi Nazirliyi üçün də yaddaqalan il olduğunu
bildirib. Qeyd edib ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə
bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, ötən ildə Müdafiə
Sənayesi Nazirliyi tərəfindən bir sıra müdafiə təyinatlı məmulatların
istehsalını həyata keçirən müəssisələr istifadəyə verilib və regionda
ilk dəfə olaraq birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi
“ADEX-2014” Sərgisi keçirilib.
2014-cü ildə
Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən məmulatların
yaradılması üzrə təcrübi-konstruktor işləri aparılıb, onlarla yeni növ
müdafiə təyinatlı məmulatların istehsalı mənimsənilib, onların seriyalı
istehsalı təmin edilib və yeni istehsal sahələrinin yaradılması üçün
texnoloji avadanlıqların alınması istiqamətində müvafiq tədbirlər
görülüb.
2014-ci ildə ümumi məhsul istehsalının
həcmi 2013-cü illə müqayisədə 26,3 faiz artıb. Dövlət sifarişi üzrə
məmulatların istehsalında da artıma nail olunub. Belə ki, istehsal
proqramı üzrə nəzərdə tutulan müdafiə təyinatlı məmulatların istehsalı
2013-cü illə müqayisədə 21,7 faiz, istehsalı mənimsənilmiş müdafiə
təyinatlı məmulatların çeşidlərinin sayı isə 1,4 dəfə artıb. 2014-cü
ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş
müdafə təyinatlı məmulatların həcmi 2013-cü illə müqayisədə 30 faiz
artıb.
Hesabat dövründə nazirliyin tabeliyində
olan müəssisələr tərəfindən 4 mövzu üzrə təcrübi-konstruktor işləri tam
başa çatdırılıb, 5 məmulatın isə istehsalı mənimsənilib və silahlanmaya
tövsiyə olunaraq seriyalı istehsalı təşkil olunub. Ümumilikdə, mövzular
üzrə 26 mərhələ tam yerinə yetirilib.
2014-cü
ildə mülki məmulatların istehsalında 2013-cü illə müqayisədə 13,5 faiz
artım əldə olunub, çeşidlərin sayı isə 450-ni ötüb.
2009-cu
ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi ötən ilin
aprel ayında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya
Müdafiə Xidmətləri (DSA-2014) Sərgisində 132 adda müdafiə təyinatlı
məmulat nümayiş etdirib.
Ötən ilin sentyabr
ayında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə
regionda ilk dəfə olaraq, Bakı Ekspo Mərkəzində birinci Azərbaycan
Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisi keçirilib. Sərgidə
Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və
s. daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə
heyəti iştirak edib.
“ADEX-2014” sərgisində
Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və
Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirmişdilər.
Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Milli
Pavilyon Azərbaycanın müdafiə sənayesinin yeniliklərini nümayiş etdirib.
İlk
qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil
olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda
məmulat nümayiş etdirib. Sərgidə nazirliyin nümayiş etdirdiyi məmulatlar
yerli və xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla
qarşılanıb.
Sərgi çərçivəsində hərbi-texniki
əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparılıb və bir sıra
yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.
Azərbaycan
Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin, digər
dövlət və hökumət nümayəndələrinin “ADEX-2014” sərgisini ziyarət etməsi
sərginin əhəmiyyətini daha da artırıb.
Ötən
ildə nazirliyin Elmi Tədqiqat İnstitutunda dövlət müdafiə sifarişi xətti
ilə 10 mövzu üzrə təcrübi-konstruktor işləri aparılıb. Bununla yanaşı,
daha 15 mövzu üzrə elmi tədqiqat işləri davam etdirilib.
2014-cü
ildə nazirliyin Milli Aerokosmik Agentliyində 33 mövzu üzrə elmi
tədqiqat və dövlət sifarişi çərçivəsində isə 3 mövzu üzrə
təcrübi-konstruktor işləri davam etdirilib.
Hesabat
dövründə nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq
bölmələrinin keçirilən iclaslarında müxtəlif səpgidə mövzular üzrə
müzakirələr aparılıb və bir sıra mövzular üzrə konkret təklif və rəylər
qəbul edilib.
Kollegiya iclasında tabeli birlik
və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat
xarakterli çıxışları dinlənildi.
Sonda nazir
Y.Camalov Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası
zamanı Prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas
iştirakçılarına xatırladıb. 
Nazir Ali Baş
Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı
verilən tapşırıqların və 2015-ci ildə nazirliyin qarşısında duran
vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin
rəhbərlərinə xüsusi göstərişlər verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15776

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728