Vətənin keşiyində olan topçu hərbçinin qız övladı dünyaya gəlib FOTO VİDEO

26.11.2020 - 11:08

Hacıqabuldan olan topçu hərbçimiz Gülmalı Qədimovun qız övladı dünyaya gəlib.

Musavat.com xəbər verir ki, Qədimovlar ailəsi hərbçi övladının ata olmasının sevincini yaşayır. İndi ailə iki qat sevinclidir – bir yanda qələbə sevinci, bir yanda bu qələbənin qazanılmasında payı olan Gülmalı Qədimovun ilk övladının dünyaya gəlməsi.

Qəhrəman hərbçimiz Gülmalının anası Arzu Qədimova AZƏRTAC-a söyləyir ki, hazırda vətənin keşiyində iki övladı var: “Bütün hərbçilərimizlə fəxr edirəm ki, bizlərə bu qələbə sevincini yaşatdı. Eyni zamanda, övladımın qızının dünyaya göz açması sevincimizə sevinc qatıb. İnşallah, bütün hərbçilərimiz sağ-salamat öz evlərinə qayıdacaqlar”.

Hərbçi övladının bibisi də öz sevinc hisslərini qürurla ifadə edib. İki qardaşının hərbidə olduğunu söyləyən Heyran Qədimova deyir ki, öncə qələbə sevinci bizlərə bir ərməğan oldu. Bizlər çox qürurlu anlar yaşayırıq. Hər iki qardaşımla fəxr edirəm ki, onlar bu gün vətənin keşiyində dayanıb.

Dünyaya gələn hərbçi övladının sevinc hissi ailəsi qədər həkim heyətinin də sevincinə səbəb olub.

Qeyd edək ki, Qədimovlar ailəsindən 2 qoçaq qardaş Gülmalı və Saleh qismən səfərbərlikdə vətənin harayına yollanıb. 44 günlük zəfər yürüşü zamanı topçu olan Gülmalı və çiyin yoldaşları düşmənə ağır zərbələr endirib. Qubadlı döyüşlərində fəal iştirakçı olub. Digər qardaş Saleh də düşmənə qan udduran hərbçilərimizdəndir. Yağı düşmənə qarşı döyüşən Saleh Hadrut döyüşlərində iştirak edib. Hazırda isə Şuşada vətən keşiyindədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157765

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031