Erməni ailəsini güllələyən rus əsgəri haqda şok iddia: “O, tək olmayıb”

26.01.2015 - 16:55

Erməni polisi rus əsgər Valeri Permyakovun Gümrüdə faciə törədərkən tək olmadığını ehtimal edir.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan polis rəisinin
birinci mavini, general-leytenant Unan Poqosyan bildirib.
General-leytenant məsələnin araşdırıldığını deyib.
O, qətlin törədildiyi gün daha 6 rus hərbçisinin 102-ci hərbi
bazadan qaçdığı məsələsinə də aydınlıq gətirib. Poqosyan bunun
həqiqətəuyğun olmadığını bildirib.
Qeyd edək ki, yanvarın 12-də Gümrüdə 6 nəfərlik Avetisyanlar ailəsi
güllələnmişdi. Süngü ilə dəlik-deşilən 6 aylıq uşaq isə sonradan
xəstəxanada dünyasını dəyişmişdi. Qətli törətməkdə əsas şübhəli kimi rus
hərbçi Valeri Permyakov saxlanılıb. 
Erməni tərəfi Permyakovun ermənilər tərəfindən mühakimə edilməsini tələb etsə də Rusiya onu vermir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15777

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728