Bir ailədən 3-cü Qarabağ şəhidi: Elşən Əfəndiyev dəfn edildi

26.01.2015 - 17:10

Döyüş bölgəsində ermənilərin təxribatı nəticəsində şəhid olan
Elşən Əfəndiyev doğulduğu Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində
dəfn olunub.

ANS TV-nin məlumatına görə, 20 yaşlı şəhid Elşən Əfəndiyev yanvar
ayında hərbi xidmətə gedib. O xidmət etdiyi dövrdə nümunəvi davranışına
görə bir neçə dəfə ordu rəhbərlyi tərəfindən mükafatlandırılıb.

Şəhid ölümündən sonra müdafiə nazirinin əmri ilə 3-cü dərəcəli
medalla təltif edilib. Bu, ailənin Qarabağ döyüşlərində verdyi 3-cü
şəhiddir.

Şəhidin əmisi Ədalət Əfəndiyev Elşənin həm əmisinin, həm də dayısının
şəhid olduğunu bildirib. O şəhidliyin hər bir əsgərə nəsib olmadığını
və Elşənlə fəxr etdiyini deyib.

Allah rəhmət etsin!

Short URL: http://www.cumhuriyyet.net/?p=15779

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728