Azərbaycanda ana olmaq istəyənlərin nəzərinə

26.01.2015 - 17:26

Doğuşa qədərki və doğuşdan sonrakı məzuniyyət müddətinin hər ikisi 70 gün ola bilər
Azərbaycanda doğuşa qədərki analıq məzuniyyətinin müddəti ilə doğuşdan
sonrakı məzuniyyət müddətinin hər ikisini 70 günə çatdırmaq təklif
olunur.
ANS PRESS-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin
üzvü Musa Quliyev Trend-ə bildirib ki, parlamentin yaz sessiyası zamanı
bu məsələni gündəmə gətirəcək.
Təklifin işləyən qadınların sosial müdafiəsinin gücləndirilməsinə
yönəldiyini deyən millət vəkili qeyd edib ki, bununla bağlı Əmək
Məcəlləsinə əlavə və dəyişiklik etmək lazımdır: “Bilirsiniz ki, indi
Azərbaycanda doğuşa qədərki müddət 70 gün, doğuşdan sonrakı müddət isə
56 gündür. Belə təklif var ki, ümumilikdə bu müddəti 140 günə çatdıraq.
Bu məsələni qaldıracağam. Əgər Maliyyə Nazirliyi tərəfindən ciddi
problemlə qarşılaşmasa, bu məsələni də aktuallaşdırmağın məqamı çatıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15782

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728