Hacıqabulda yaşayış yerini tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb

28.11.2020 - 15:35

Hacıqabul rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə TƏBİB “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin həkim briqadası birgə COVID-19 virusuna yoluxan və evində müalicə alan şəxslərlə bağlı reyd keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, reyd zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan Həmidov küçəsi ev 76 ünvanında müalicə alan 1980-ci il təvəllüdlü İsmayılzadə Əvəz Ayazxan oğlunun evində olmadığı aşkar edilib.

Koronavirus xəstəsi ilə əlaqə saxlanılıb və onun Astara rayonunda olduğu müəyyən edilib. Karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157825

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930