Azərbaycanda şok cinayət: maskalılar gecə evə soxulub ər-arvadı döydü

26.01.2015 - 17:40

Masallıda maskalı şəxslər evə basqın
ediblər.APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saat
03.00-04.00 radələrində rayonun Ərkivan qəsəbəsində baş verib.

Üç nəfər maskalı şəxs qəsəbə sakini,
1971-ci il təvəllüdlü İlqar Çiləxan oğlu Məmmədova və həyat yoldaşı,
1979-cu il təvəllüdlü Qərənfil Tofiq qızı Məmmədovaya küt alətlə
müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə onlardan pul tələb
ediblər. Maskalılar evdəki uşaqların da əl-qolunu, ağzını bağlayıb,
onlara fiziki güc tətbiq ediblər. Onlar ev sahibəsinin qızıl
boyunbağısını, üzüyünü, 2 mobil telefonu və daha bir neçə qiymətli
əşyanı qarət edərək, aradan çıxıblar.

İlqar Məmmədov və həyat yoldaşı Qərənfil
Məmmədova Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Reanimasiya şöbəsinə yerləşdirilmiş xəstələrin vəziyyəti hazırda ağır
qiymətləndirilir.

Faktla  bağlı Masallı Rayon Polis
Şöbəsində araşdırmalara başlanıb.  Hadisə törədənlərin yaxalanması
istiqamətində zəruri istintaq-axtarış tədbirləri görülür.

Short URL: http://www.cumhuriyyet.net/?p=15784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728