Putin Obamanı hədələdi

26.01.2015 - 17:55

Moskvaya qarşı iqtisadi təzyiqlər sizin üçün dağıdıcı ola bilər
Rusiya Qərbə xəbərdarlıq göndərib

ANS PRESS-in məlumatına görə, xəbərdarlıqda bildirilir ki, əgər
Ukraynaya görə, Rusiyaya qarşı növbəti iqtisadi təzyiqlər bunu edənlər
üçün tamamilə dağıdıcı və ziyanlı ola bilər.

Bunu yanvarın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Barak Obamanın bəyanatından sonra bildirib.

O deyib ki, Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmaq tamamilə
zərərlidir, əsassızdır və uzaqgörən qərar deyil: “Bu cür qarayaxma
Rusiyanı heç vaxt davamlı və bəlli siyasətindən dönməyə vadar edə
bilməyəcək. Yaxşı olar ki, ABŞ ilə Avropa İttifaqı bu böhrana görə,
Ukrayna hökumətinə təzyiq göstərsinlər”.

Xatırladaq ki, Barak Obama söyləyib: “Vaşinqton Rusiyaya qarşı
təzyiqləri artırmaq üçün hərbi hərəkətlərdən başqa, bütün variantları
nəzərdən keçirir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15785

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728