Bolqarıstanda sarı təhlükə kodu elan olunub
Bolqarıstanda baş verən güclü yağışlar və külək səbəbindən ölkə ərazisində “sarı” təhlükə kodu elan olunub.
AZƏRTAC bu ölkənin Meteorologiya və Hidrologiya İnstitutuna istinadla xəbər verir ki, Kırdjalı, Xaskovo, Stara Zaqora, Sliven, Yambol, Smolyan, Plovdiv, Pazardjik, Blaqoevqrad, Kyustendil, Pernik, Sofiya rayonlarında güclü yağış, külək və qar müşahidə olunur. Yağıntıların həcmi 20-30l/m2 təşkil edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=157886