İŞİD-ə qoşulan rusiyalı məşhur aktyor Suriyada öldü
Rusiyanın
gənc və istedadlı aktyoru, rejissorların böyük ümidlər bəslədiyi Vadim
Dorofeyev “İraq Şam İslam Dövləti” terror təşkilatının sıralarında
Suriyadakı döyüşlərdən birində məhv edilib. APA TV-nin məlumatına görə,
aktyor bir neçə ay əvvəl həyat yoldaşını və azyaşlı övladlarını ataraq,
Suriya-İraq sərhədinə yollanmışdı.
birində baş rolla başlayıb. Daha sonra onun iştirakı ilə bir sıra
populyar seriallar çəkilib, bir neçə reytinqli tok-şoulara qatılıb.
çəkilişlərdə həqiqi güllə atmırlar və “kiçik bir layihə” vəd etmişdi.
Amma bunun nə “layihə” olduğunu onun dostları və ailəsi yalnız bir neçə
ay sonra öyrəndilər.
“Son vaxtlara qədər məni dilə tuturdu ki, İslamı qəbul edim və
uşaqlarla birlikdə Suriyaya – onun yanına gedək. Vadimin məqsədi cihad
idi”.
Qafqazdan döyüş təcrübəsi olan bir nəfərlər dostluq etməyə başlayıb.
2014-cü ilin Yeni il günü isə Vadim, yaxın dostlarından olan başqa bir
məşhur rusiyalı aktyorla birlikdə İslam dinini qəbul edib.
Ötən il sentyabrın 16-da Vadim Dorofeyev həyat yoldaşına deyir ki,
yeni kino layihəsini müzakirə etmək üçün xaricə gedir. Beləliklə, o,
Moskvadan İstanbula, oradan isə Suriyaya yollanır.
Vadim Dorofeyevi İŞİD-ə qoşulmaqdan çəkindirməyə vaxtilə Moskva
məscidinin imamı Şamil Alyautdinov da cəhd edib. Lakin Rusiya
paytaxtının ən nüfuzlu din adamlarından birinin məsləhətləri nəticə
verməyib.
Ötən ilin dekabrınadək Vadim səs-soraq gəlmir. Amma Yeni ilə iki
həftə qalmış həyat yoldaşı ondan qısa ismarışlar (SMS) almağa başlayır.
Bir neçə gün əvvəl isə Suriyadan Alyonaya Vadim Dorofeyevin ölüm xəbəri
gəlir.
Vadim Dorofeyevin 5 yaşlı oğlu və 7 aylıq qızı qalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15789