İŞİD-in “qara günləri” başlayıb: Terrorçular Kobanidən də çıxarıldılar
Kürdlər isə ABŞ-la hərbi ittifaqın uğurundan xüsusi həvəslə danışırlar
barədə kürd fəalları bazar günü bəyanat veriblər. Onlar qeyd ediblər
ki, bu qələbə kürdlərlə ABŞ-ın rəhbərlik etdiyi hərbi ittifaqın birgə
çalışmasının nəyə qadir olmasının simvolu hesab oluna bilər.
Briratiyanın nəzarətində olan və Suriyada fəaliyyət göstərən Müşahidə
Qrupu məlumat yayıb ki, Kobaninin Türkiyə sərhəddinə yaxın şərq
hissəsində hələ də döyüşlər gedir.
ayında İŞİD Kobani yaxınlığında 300 kürd kəndini işğal etmişdi. Eyni
zamanda bütün şəhəri işğal edəcəyi ilə hədələmişdi. Az sonra İŞİD
Kobaninin yarısını ələ keçirdi. Nəticədə onminlərlə kürd qaçqın
Türkiyəyə axışdı.
o qədər möhkəmləndi ki, öz təbliğatında bu faktdan istifadə etməyə
başladı. Terrorçular girov götürdükləri britaniyalı jurnalist Con
Kantlienu öz xeyirlərinə videomaterial hazırlamağa məcbur etdilər.
Təbliğatın məğzi ondan ibarət idi ki, ABŞ-ın hava zərbələrinə
baxmayaraq, İŞİD Kobanidə daha da irəliləyir.
işğalı İŞİD-ə Türkiyə ilə birbaşa sərhəd xıtti əldə etməyə imkan verə
bilərdi. Sentyabrın 23-dən Kobanidə İŞİD-ə qarşı hava hücumlarına start
verildi. İraq və Suriyada həyata keçirilən hava zərbələrinin yarısı məhz
bu şəhərin payına düşürdü. Hava hücumları bir qayda olaraq, ya
Kobaniyə, ya da şəhərin yaxınlığındakı məntəqələrə endirilirdi.
tərəflər Kobaninin strateji əhəmiyyətini yaxşı bilirdilər. İş o yerə
çatmışdı ki, müxtəlif ölkələrdən olan kürd silahlılar, o cümlədən də
peşmərgələr ABŞ-ın təkidi ilə Kobaniyə yeridildi. Ağ Ev şəhərin yenidən
kürdlərin nəzarətinə keçməsi üçün hər şeyə hazır görünürdü.
bildirir ki, sentyabrdan indiyə kimi Kobani uğrunda döyüşlərdə 1600
nəfər öldürülüb. Onlardan 1075 nəfəri İŞİD-çı, 459 nəfər isə kürd
döyüşçüsüdür. 32 nəfərin mülki şəxs olduğu bildirilir.
onu da qeyd edir ki, son həftələrdə İŞİD Kobanidə 35 intiharçı şəxs
tərəfindən partlayış törətmişdi. Buna baxmayaraq, İŞİD-in bu şəhəri öz
əlində saxlaması mümkün olmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15791