Azərbaycanda bank işçilərinin korrupsiya əməli aşkarlandı

26.01.2015 - 20:15

Lombard işçisinin qanunsuz əməlləri barədə Milli
Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a
verilən məlumata görə, araşdırmalar zamanı “Atrabank” ASC-nin “Bakı”
filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə
edərək bankdan kredit və nağd şəkildə pulların çıxarılması məqsədilə
Səbail rayonunda fəaliyyət göstərən lombardın işçisi Yasəmən
Abdullayevanın vasitəsilə saxta qızıl məmulatlarını 2011-ci ildən
başlayaraq müxtəlif vaxtlarda banka girov qoymaqla 350 min manat
məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmələrində şübhələr
üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci
(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi
başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=15794

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728