“Sportinq” və “Arsenal”ın futbolçuları İŞİD-ə qoşuldu
İngiltərə mətbuatı “İslam Dövləti” (İŞİD) terror qruplaşmasına qoşulan 5 futbolçudan danışır. Belə ki, İngiltərənin “Daily Star” qəzeti birinci səhifədə “5 futbol ulduzu gizli cihadçı” başlıqlı xəbər yerləşdirib.
Xəbərdə İngiltərədən İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən 5
futbolçunun başkəsən cihadçı Con ilə əlaqələrinin olduğu ehtimal edilir.
Qeyd olunur ki, İngiltərə təhlükəsizlik əməkdaşları sözügedən
futbolçulardan birinin İngiltərənin “Arsenal” futbol komandası ilə
əlaqəsi olduğunu və İŞİD-in həyata keçirdiyi edamlarda iştirak etdiyini
təxmin edir. İngilis nəşri “Arsenal”da sınaqdan keçmək üçün məşq etdiyi
deyilən 28 yaşlı Kelso Rodriges Kostanın şübhəli futbolçulardan biri
olduğunu yazıb.
Kelso Rodriges və qardaşı Edgarın (34) eyni cihadçı qrupun üzvü
olduğu iddia edilir. Futbolçuların izinə düşən gizli xidmətin
əməkdaşları cihadçı futbolçuların Leyton və Valthamstovda yaşayan və
sonradan müsəlman olan portuqaliyalı immiqrantlar olduğunu bildirir. Onların beşinin də istedadlı futbolçu olduqları, birinin
Portuqaliyanın “Sportinq” klubunun gənclər komandasında oynadığı
deyilir. “Sportinq”in gənclər akademiyasında oynayan 22 yaşlı Fabio
Pokas üç il əvvəl İngiltərəyə gəlib. İddialara görə, hazırda Abdurrahman
Al-Andalus olaraq tanınan Pokas həvəskar liqadan peşəkar bir komandaya
keçmək üzrə ikən qəflətən ortadan itdiyi deyilir.
“Futbolçu İŞİD-çilər” klubunun digər üzvü 36 yaşlı Sandronun isə ötən
ilin oktyabr ayında koalisiya qüvvələrinin hücumu zamanı öldüyü təxmin
edilir. (publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15806