Deputat-rektorun universitetində 15 min manatlıq rüşvət qalmaqalı

27.01.2015 - 01:11

Şikayətçi
S.Quliyev: “İsmayılov Asəf Nadir oğlu məndən 14600 manat pul alaraq
oğlumun “perevod”u üçün Azərbaycan Respublikası təhsil nazirinin müavini
C.Bayramovun imzası ilə rəsmi məktubunu, ardınca da oğlumun Azərbaycan
Kooperasiya Universitetinə qəbul edilməsi barədə tələbə biletini və 1200
manatın universitetin kassasına ödənilməsi barədə mədaxil qəbzini mənə
verdi, amma sonradan məlum oldu ki, bu sənədlər saxtadır…”

Şikayətçi
S.Quliyev: “İsmayılov Asəf Nadir oğlu məndən 14600 manat pul alaraq
oğlumun “perevod”u üçün Azərbaycan Respublikası təhsil nazirinin müavini
C.Bayramovun imzası ilə rəsmi məktubunu, ardınca da oğlumun Azərbaycan
Kooperasiya Universitetinə qəbul edilməsi barədə tələbə biletini və 1200
manatın universitetin kassasına ödənilməsi barədə mədaxil qəbzini mənə
verdi, amma sonradan məlum oldu ki, bu sənədlər saxtadır…”

…Azərbaycanda
hələ də saxta tələbə qəbulu, saxta diplom qalmaqalları səngimir. O
dərəcədə ki, hətta bu yaxınlarda Türkiyənin tanınmış şou-biznes
xanımlarından biri Türkiyə mətbuatına millət vəkili olmaq şansından
danışarkən jurnalistin ona “Axı sizin ali təhsiliniz yoxdur və Türkiyə
qanunları buna görə sizin millət vəkilliyinizə əngəl yarada bilər…”
sualına o, belə cavab vermişdi: “Nə olsun, Azərbaycandan bir saxta
diplom alaram, məsələ də bununla bitər…”.
Və illər öncəsi
Azərbaycan təhsilinə baş ağrısı olmuş bəzi özəl universitetlərin,
xüsusən də ABU və onun Dubay, Moskva… filiallarının fəaliyyəti, hətta
Azərbaycanın adını saxta diplom satıcısı kimi rüsvay etmişdir. Düzdür,
həmin universitet və onun filialları, həmçinin daha onlarla belə saxta
təhsil diplomu istehsalçıları bağlansa da, onların vurduğu yaralar hələ
də sağalmır, sağalmazdır!
Azərbaycan Kooperasiya Universitetinə saxta tələbə qəbul etdirmək istəyən kimdir?
 Bakı şəhəri, N.Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 35, mənzil 24-də
yaşayan Quliyev Sədrəddin Cahid oğlunun şikayət məktubunda şok məqamlar yer alıb. Söhbət adı çəkilən vətəndaşın
övladının Gürcüstanın Açıq Tədris Universitetindən ailə vəziyyəti ilə
bağlı Azərbaycandakı universitetlərdən birinə köçürülməsi zamanı ortaya
çıxmış sənədlərin saxtalığından gedir. Hansı ki, həmin sənədlər
Azərbaycan Təhsil Nazirliyindən, təhsil nazirinin müavini C.Bayramovun
imza və möhürü ilə təsdiqlənmiş rəsmi məktubdan, Azərbaycan Kooperasiya
Universitetinin möhürlü-ştamplı tələbə biletindən, adı çəkilən
universitetin kassasına ödənilmiş 1200 manatlıq ödənişin
qaimə-qəbzindən, nəhayət, şikayətçinin övladının tələbə olması barədə
aidiyyəti dövlət müəssisələrinə göndərilmiş arayışlardan… ibarətdir.
Şikayətçi,
günlərin birində əlində olan rəsmi sənədlərlə Azərbaycan Kooperasiya
Universitetinə gedir və oğlunun ikinci kursda oxuyacağını bir daha
müdiriyyətdən dəqiqləşdirmək istəyir. Lakin ona Azərbaycan Kooperasiya
Universitetində təqdim edilən sənədlərdə adı göstərilən tələbənin
mövcud olmadığını və sənədlərin saxta olduğunu bildirirlər. Bundan sonra
şikayətçi ondan 14600 manat pul almış İsmayılov Asəf Nadir oğluna
müraciət edir. Qarşı tərəf əməlini etiraf edərək səs-küy salmadan pulu
təcili olaraq qaytaracağına söz verir. Amma…
Əməlin etirafı cinayət məsuliyyətindən azad edirmi?
Beləliklə, inanıb-etibar etdiyi şəxs tərəfindən aldadıldığını görən
şikayətçi Quliyev Sədrəddin Cahid oğlu isə bir ildən çoxdur onu aldadan
İsmayılov Asəf Nadir oğlu tərəfindən get-gələ salınıb. Səbr kasası hələ
də dolmayan şikayətçi, həqiqətən də təmkinini qoruyub saxlaya bilib,
amma hər şeyin də bir həddi olmalıdır. Və İsmayılov Asəf Nadir oğlu indi
iki ayağını bir başmağa dirəyib qarşı tərəfə yalanlarını sırımaqla,
Molla Nəsrəddinin təbirincə desək, “illərin sabahına” söz verir. Amma
həmin “sabah”ın hansı günə aid olduğunu demir…
-Şikayətçi Quliyev
Sədrəddin Cahid oğlu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
Baş İdarəsinin rəisi Kamran Əliyevə və DİN-nin Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Rafiq Abbasova ünvanlı
müraciətində daha kimlərin adını çəkir?
-İsmayılov Asəf Nadir oğlu saxta sənədləri Təhsil Nazirliyində və Kooperasiya Universitetində kimdən və hansı yolla alıb?
-İsmayılov Asəf Nadir oğluna bu işdə dəstək vermiş İslam adlı şəxs kimdir?
(tezadlar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=15809

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728