Brilliant Dadaşavadan İlhamə Quliyevaya təhqir: boşboğaz….
“O paltarı mənə Ajda Pekkan şəxsən hədiyyə edib”. Bunu
Modern.az saytına açıqlamasında xalq artisti Brilliant Dadaşova
həmkarı, xalq artisti İlhamə Quliyevaya cavab olaraq bildirib. Onun sözlərinə görə, hazırda studiyadadır, növbəti səsyazmaya hazırlaşır: “Bununla bağlı boşboğazların nəsə deməyinə gəldikdə, fikir bildirmək istəmirəm. Kim nə istəyir danışsın…”.
üçün bildirək ki, xalq artisti İlhamə atvxeber.az-a açıqlama verərkən
ad çəkməsə də, sözlərini ünvanına ötürüb: “Ad çəkmək istəmirəm. Sadəcə,
bəzi məlumatları oxuyub, heyrətlənirəm. Başqa sənətçinin geyilmiş
paltarını geyib, bununla öyünmək, bununla piar olunmaq nə dərəcədə
düzgündür? Bununla özünü xoşbəxt sanmaq olarmı? Halbuki, həmin ifaçı
Azərbaycanda olanda icazə vermədi ki, sən onunla şəkil çəkdirəsən.
bütün Azərbaycan gördü. Maqazin verilişlərində biz də bunu müşahidə
etdik. Başa düşə bilmirəm həmin paltar necə sənə gəlib çatıb? Bu, ya
sevgidir, ya yaltaqlıqdır, ya da ki, təzə piar üsuludur? Mən həmin
adamın yerinə xəcalət çəkdim. Bu Azərbaycanda sənətkarların adına
xələldir. Həmin adını belə çəkmək istəmədiyim adama bir sual vermək
istəyirəm. Sən heç o paltarı geyinəndə utanmadınmı? Utanıb, xəcalət
çəkmədinmi? Ancaq mən sənin yerinə çox xəcalət çəkdim”.
Türkiyənin
super starı Ajda Pekkan geydiyi libası xalq artisti Brilliant
Dadaşovaya hədiyyə göndərib. Azərbaycanlı sənətçi isə hədiyyədən çox
məmnun olduğunu, hətta bir müddət həmin paltarı geymədiyini,
qoruyub-saxladığını da etiraf edib
Short URL: http://www.cumhuriyyet.net/?p=15810